Dondurmaya həvəs Quran Akademiyasını yaratmağa səbəb oldu
Mьəllif: admin1
Tarix: 9-07-2016, 18:54
Bцlmə: Xəbərlər
Dondurmaya həvəs Quran Akademiyasını yaratmağa səbəb oldu
Amerikalı uşaqda dondurmaya həvəs onu Quran əzbərləməyə və böyüdükdən sonra isə Nyu Yorkda Quran Akademiyası yaratmağa səbəb olub.

Maide.Az makkahnewspaper.com saytına istinadən xəbər verir ki, Bilal Məymun müsəlman ailədə böyüyüb və 10 yaşında Quranı əzbərləməyə başlayıb.

“Mən məktəbdə təhsil alırdım. Məktəbimizdə Quran dərsləri keçirilirdi, müəllimimiz bir xanım idi və bizi Quran surələrini əzbərləməyə həvəsləndirirdi. Biz uşaq olduğumuz uçün müəlliməmiz Quranın hər bir surəsini əzbərləyən uşağa dondurma hədiyyə edirdi. Mən dondurmanı çox sevirdim və buna görə, uşaqlıqdan Quran əzbərləməyə başladım.Lakin bir az böyüdükdən sonra İlahi Kəlamı əzbərləməyə özümün həvəsim var idi və Quranın əzbərlənməsini davam etdirdim”,-deyə Nyu Yorkda Quran Akademiyasının təsisçisi Bilal Məymun deyir.

O deyib ki, Nyu Yorkdakı müsəlmanlar Quranın əzbərlənməsi və düzgün anlaşılmasına çox önəm verir. “Elə buna görədə mən Quran Akademiyasını təsis etmişəm. “Bu günki həyatımızda yeni texnologiyaların rolunu nəzərə alaraq, Qurani Kərimi əzbərləməyi asanlaşdırmaq məqsədi ilə yeni proqram hazırlamışam. Hazırladığım proqramın adını Rəfiqul-Quran qoymuşam”
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031