İnqilab Rəhbərinin İraq baş naziri ilə görüşdəki bəyanatı
Mьəllif: admin1
Tarix: 18-06-2015, 10:22
İnqilab Rəhbərinin İraq baş naziri ilə görüşdəki bəyanatı

İslam İnqilabının Böyük Rəhbəri İraqın xalqı və dövlətinin təkfirçi terrorçular qarşısında dayanmasını region təhlükəsizliyinin təmini amili adlandırıb.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei dünən axşam İraqın baş naziri Heydər Əlibadi və onu müşayiət edən heyətlə görüşdə İraqın xalqı və dövlətinin təkfirçi terrorçular qarşısında dayanmasını region təhlükəsizliyinin təmini amili olduğunu bildirərək, söyləyiblər: İraq xalqının terrorçularla döyüşdə daha çox aşkarlanan mühüm cəhətlərindən biri, düşmən ilə mübarizədə qeyrətli köçəri tayfalar və könüllü xalq qüvvələrinin şücaəti, əzmkarlığı və qüdrətidir.
İslam İnqilabının Böyük Rəhbəri İraqın siyasi və milli birliyinin qorunmasında sayıqlığı olduqca zəruri sayıb, terrorçularla döyüşdə iraqlı gənclərin şücaəti, əzmkarlığı və ciddi-cəhdinə toxunaraq, vurğulayıblar: Müxtəlif sahələrdə İraqın inkişafı və gələcəyi üçün könüllü xalq qüvvələrinin böyük imkanları son dərəcə faydalı və təsirli olacaq.
O həzrət İraqda terrorçuların olmasını ötəri bir hadisə adlandırıb və vurğulayıblar: Könüllü xalq qüvvələri kimi böyük sərmayə, yalnız müharibə meydanında deyil, daha iri miqyasda və müxtəlif sahələrdə etibarlı dayaq sayılır.
Həzrət Ayətullahuluzma Xamenei İraqın milli və siyasi birliyinin aradan götürülməsini Qərb ölkələrinin İraqdakı təhlükəsizlik və kəşfiyyat orqanlarının hədəflərindən biri adlandırıb və belə vurğulayıblar: Sayıqcasına və diqqətlə bu fitnə və təfriqəsalmanın qarşısında dayanmaq və İraqda şiə-sünni və kürd-ərəb birliyinə xələlin gəlməsinə yol verməmək lazımdır.
İslam İnqilabının Böyük Rəhbəri İranın, İraqın xalqı və qanuni dövlətini hərtərəfli surətdə dəskətlədiyini vurğulayraq, deyiblər: İran İslam Respublikası dövləti İraqın xalqı və dövlətini dəstəkləməyi davam etdirir.
İraqın baş naziri də bu görüşdən qürur duyduğunu ifadə edərək, İranın İraqı hərtərəfli surətdə dəstəkləməsinin davam etməsi və İran İslam Respublikası dövlətinin səmimi həmkarlığını iki ölkə əlaqələrinin dərinliyi nişanəsi adlandıraraq, deyib: İraqın düşmənləri etnik və məzhəbi ixtilaflar salmaq üçün əllərindən gələni edirlər, lakin İraqın xalqı və dövləti bu fitnə ilə mübarizəyə və milli birliyi qorumağa qərarlıdır.
İraqın baş naziri habelə İran İslam Respublikası dövlətinin terrorçular qarşısında İraqın xalqı və dövlətini dəstəklədiyinə görə təşəkkür edib.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031