Kor ata və dilavər qızı
Mьəllif: admin1
Tarix: 26-11-2015, 21:15
Kor ata və dilavər qızı

"Ey kaş mən də kişi olaydım və səndən qabağa düşüb bu zalımlarla döyüşəydim".
Əfifin oğlu Əbdullah İmam Əlinin (ə) xalis şiələrindən idi. İmam Əli (ə) birlikdə döyüşlərdə iştirak etmişdi və o Həzrətin (ə) ordusunun önündə gedənlərdəndi. Cəməl savaşında onun bir gözünə ox dəydi və o, gözünü itirdi. Siffeyn döyüşündə bir gözü ilə iştirak etdi. Ancaq bu döyüşdə onun həmin gözünə də ox dəydi və iki gözü də kor oldu. Ondan sonra savaşlarda iştirak etməkdən məhrum olmuşdu, ancaq qəlbi kor deyildi və o, fikri, dili ilə İmam Əlinin (ə) xidmətində olar, Onu və Əhli-beyti (ə) müdafiə edərdi. Kərbəla hadisəsi baş verəndə o, İmam Hüseynə (ə) və Həzrətin (ə) əzizlərinə edilən bütün zülmləri eşitməkdən çox əziyyət çəkirdi. Dua, qarğış, ağlamaq və fəryad etməklə zalımlara nifrətini bildirirdi. Bir gün Kufənin qaniçən valisi ibn Ziyad öz xam xəyalıyla qələbə bayramı münasibətilə məclis qurdu. Əbdullah həmişəki kimi məscidin bir kənarında oturmuşdu. Fürsət axtarırdı ki, öz fəryadlarıyla məclisi qarışdırsın. Birdən ibn Ziyadın söhbətə başladığını eşitdi. O deyirdi: «Şükr olsun Allaha ki, yalançı oğlu yalançını, Hüseyni (ə) öldürdü».

Məclisdəkilər məscidin küncündən ildırım kimi gurultulu fəryadın qalxdığını eşitdilər: "Ey haramzadə! Yalançı sən, sənin atan, səni və atanı camaatın boynuna mindirəndir! Ey pozğun qadının oğlu! Peyğəmbərin (s) pak və təmiz övladlarını öldürürsünüz, sonra pak müsəlman kimi danışırsınız".
Onunla ibn Ziyad arasında mübahisə davam etdi. Axırda ibn Ziyad onun tutulmasının əmrini verdi və qışqırdı: "Onu qaçmağa qoymayın".
Amma Əzud tayfası onu müdafiə etdi. Məclis bir-birinə dəydi. Əbdullahı evə apardılar. Camaat dağılışandan sonra Əbdullahın dilavər qızı atasına dedi: "Belə görürəm ki, ibn Ziyadın cəlladları bizim evimizə gələcəklər".
Əbdullah qızına dedi: "Qızım qorxma. Qılıncımı ver və düşmən qapını döyəndə mənə yol göstər".
Cəlladlar daxil oldular. Əbdullah qızının köməyi və yol göstərməsi ilə qılıncla onlara hücum etdi. Bu şir ürəkli qız Səfiyyə fəryad çəkib qışqırdı: "Ey kaş mən də kişi olaydım və səndən qabağa düşüb bu zalımlarla döyüşəydim".
Hər tərəfdən Əbdullaha hücum etdilər. Səfiyyə atasını hücum edilən tərəfdən xəbərdar etdi. Şücaətlik fəryadı çəkən Əbdullah döyüşürdü. Axırda cəlladlar Əbdullahı mühasirəyə alıb ibn Ziyadın yanına apardılar. O da söhbətdən sonra, Əbdullahın edam əmrini verdi. Onun başını kəsib bədənini asdılar. O şəhid olandan sonra Səfiyyə heç vaxt zülm qarşısında təslim olmadı. Qızı tutub zindana salsalar da, o, zindanda axıra kimi müqavimət göstərdi. Süleyman ibn Surədlə Yezidin ölüm xəbərindən sonra məhbuslarla birlikdə qiyam qaldıran zaman zindandan çıxdılar və əməvi hakimiyyətinə qarşı hərəkatı elan etdilər.(Fərsanul-həyca, 1-ci cild, səh.245.)
Kor Əbdullahın və dilavər qızının qiyamı zahirdə məğlub oldu, ancaq onların hərəkatı, digər qiyamçıların hərəkatı ilə birlikdə Muxtarın qiyamının bünövrəsini qoydu və onların pak qanlarından lalə çiçəkləri yetişib, qaniçən ibn Ziyadın qüdrətini məhv etdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930