Din siyasətdən ayrıdır?
Mьəllif: admin1
Tarix: 30-10-2020, 21:43
Din siyasətdən ayrıdır?
Sual: İslam nəzərində din siyasətdən ayrılır, ya yox?

Cavab: Burada din ilə siyasətin bir olmağının sübutlarını və ikisinin bir yerdə olmaq şərti ilə Peyğəmbərin (s) dövlət qurmasını açıqlayırıq. Peyğəmbərin (s) bu barədəki tutduğu yol buna canlı şahiddir.

O həzrətin davranışına, əməllərinə baxdıqda aydın olur ki, o Həzrət öz dəvətinin ilk günlərindən qüvvətli bir İslam dövləti qurmaq üçün ilahi hökumət proqramlarını insanlara çatdırmışdır.

Yaxşı olardı ki, bu mühüm məsələni daha da açıqlamaq üçün bir sıra tarixi dəlil və şahidlərlə işarə edək. Peyğəmbər (s) öz dəvətini açıq-aşkar şəkildə elan etdiyi zaman müxtəlif yollarla küfr ilə mübarizə edərək İslamı gücləndirməyə başladı.

O, uzaqdan-yaxından Allah evinin ziyarətinə gələnlərlə görüşür və onları İslam dininə dəvət edirdi. Elə bu zamanlarda Mədinə əhalisindən iki dəstə Peyğəmbərlə görüşüb əhd-peyman bağladılar və o həzrəti öz şəhərlərinə dəvət etdilər.

Beləliklə o Həzrət İslami bir dövlət qurmaq üçün ilk siyasi addımlar atdı.

Peyğəmbər (s) Mədinə şəhərinə hicrət etdikdən sonra gördüyü ilk tədbir və təşəbbüs güclü bir qoşun yaratmaq oldu. Mədinədə İslam dövləti qurandan sonra məktub və səfirlər vasitəsilə müxtəlif ölkələrlə siyasi əlaqə yaratdı, onların başçıları ilə çoxlu iqtisadi, siyasi və hərbi müqavilələr imzaladı.

Ölkələrlə müqavilələr bağlamaq, güclü qoşun hazırlamaq, dövlətlərə səfir göndərmək və bu kimi başqa işləri siyasətdən başqa bir şey adlandırmaq olarmı?



nur-az.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930