Dövləti təşkil edən ünsürlər barədə maraqlı faktlar
Mьəllif: admin1
Tarix: 29-04-2014, 00:47
Dövləti təşkil edən ünsürlər barədə maraqlı faktlar
Dövlət özünün ümumi mənasında quruluş ünsürləri - siyasi coğrafiya, hüquq və siyasət baxımından fərqli olan müstəqil ölkə mənasında işlənilir.

1. Әrazi
Әrazi, dövlət və hökumətin səlahiyyətini özündə əks etdirən hər hansı bir siyasi-coğrafi əraziyə deyilir. Belə ki, o burada lazımi qanun və nizamnamələr tətbiq edib, əməli olaraq icra və ondan boyun qaçıran şəxsləri cəzalandıra bilsin. Bunun üçün ərazisiz dövlət heç bir məna və məfhum kəsb etməyir.
Hal-hazırda yer kürəsi 200 siyasi-coğrafi məntəqəyə bölünmüş və onların hər biri onları digər məntəqələrdən ayıran müəyyən siyasi sərhədlərə malikdir. Bu sərhədlər quru, dəniz və havada təyin və bütün ölkələrin razılığı ilə dəqiqliklə müəyyənləşdirilir. Hər bir dövlət (ya hökumət) öz əhatə dairəsində müxtəlif səlahiyyətlərə malik olur. O, öz təbii sərvətlərindən bəhrələnir, iqtisadiyyat və ictimai rifahı yaxşılaşdırmaq məqsədilə, müxtəlif tədbirlərə əl atır və digər dövlətlərin müdaxiləsi olmadan istədiyi qərarları qəbul edir.

2. Cəmiyyət
Dövlətin əsasını təşkil edən ikinci ünsür cəmiyyətdir. Müştərək xüsusiyyətləri səbəbindən bir-birləri ilə əlaqəlidirlər. Dövlət və hökumət, cəmiyyət və millət olmadıqda heç bir məna və məfhum kəsb etməyir. Belə ki, sakin və əhalisi olmadığı üçün Antarktida qitəsində nə bir dövlət var, nə də hökumət. Bunun üçün də digər dövlətlər onu öz aralarında bölmüş və hal-hazırda şərikli olaraq oradan istifadə edirlər.

Mühüm məsələlərdən biri də cəmiyyətin, yerli əhalinin həmin əraziyə hakim olan dövlətə tabe olmasından ibarətdir. Onlar yalnız belə bir şəraitdə ictimai, siyasi, iqtisadi hüquqa malik ola bilərlər.

3. Hökumət
Dövlətin əsasını təşkil edən üçüncü mühüm ünsür, Hökumət və siyasi idarəetmədir. Hökumət sərhədləri müəyyən olunmuş ərazi də millətin siyasi formalaşması nəticəsində meydana gəlir və öz qanuni fəaliyyətini həmin məntəqənin əhalisindən alır. Hökumət, millətin işlərini idarə edən siyasi bir təşkilatdır. Onun üzərinə düşən digər vəzifələrdən biri də, ictimai ədaləti və coğrafi bərabərliyi təmin edib, milləti yadelli dövlətlərin təhlükəsindən qorumaqdır. O, millətin ehtiyaclarını aradan qaldırıb, maddi və mənəvi təkamülünü, yəni milli təhlükəsizliyini təmin etməlidir. Hökumətlər müxtəlif quruluşa malik olurlar. Coğrafi baxımdan onlar sadə, federal, məhəlli və ya hər hansısa bir məntəqəyə xas olan hökumətlərə bölünürlər. Quruluş və mahiyyət baxımından da onlar bir-birlərindən fərqli xüsusiyyətlərə malik olurlar. Dünyanın bir çox ölkələrinə hakim olan respublika, Böyük Britaniya krallığı, demokratik, Səudiyyə Әrəbistan səltənəti, İran İslam Respublikasının dini hakimiyyəti, diktatorluq, sosializm, faşizm, və anarxiya hakimiyyət üsullarını buna misal çəkmək olar.
Dövlət kabineti, ordu və məhkəmə bütün dövlətlərin müştərək sahələrini təşkil etsə də, bütün bunlara baxmayaraq, onların hər biri özünə məxsus quruluş və idarəetmə strukturuna malik olur.

4. Hakimiyyət
Hakimiyyət, istiqlaliyyət və milli iqtidarı əks etdirən bir ünsürdür. Başqa sözlə desək, hakimiyyət hər hansısa bir dövlətin ondan güclü və ya eyni səviyyədə olan dövlətlərin kənarında müstəqil olaraq istədiyi qanunları tətbiq edib, milli mənafelərini qoruyub-təmin edə bilməsinə deyilir. Lakin belə bir tərif əsasən istismarçı ölkələri hakimiyyət hesab edə bilmərik. Hərçənd bəzən müstəqil ölkələr də digər ölkələrin nüfuzu altına düşərək, öz azadlıqlarından məhrum olurlar.

5. Rəsmi tanınma
Bu ünsür hüquqi və etibar baxımından əhəmiyyət kəsb edir və bu səbəbdən də sair ünsürlər kimi həlledici rol oynamayır. Onun təkmilləşdirici xüsusiyyətinə yalnız dövlətin quruluşda diqqət yetirilir. Çünki, əgər hər hansı bir müstəqil dövlət digər dövlətlər tərəfindən tanınmadıqda, təklənib olduqca ağır şəraitlə üzləşmiş olur. Siyasi, iqtisadi, ictimai və mədəniyyət baxımından bir-birlərindən asılı olan millət və dövlətlər qarşılıqlı olaraq bir-birlərinin ehtiyaclarını aradan qaldırır və qarşılaşdıqları çətinlikləri həll edirlər. Bunun üçün də sair dövlətlər hər hansı bir dövləti rəsmi olaraq tanımadıqda, onunla əlaqə yaratmaqdan imtina edir və onu bir çox çətinliklərlə qarşı-qarşıya qoymuş olur. Bu səbəbdən də təkmilləşdirici xarakter daşıyan tanışlıq ünsürü, hər bir müstəqil dövlətə beynəlmiləl səhnədə öz uğurlu addımlarını atmağa yaxından köməklik edir.
Xəyal Şükür
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930