Böyük İslam alimlərinin namaza yanaşma tərzi
Mьəllif: admin1
Tarix: 4-09-2022, 21:57
Böyük İslam alimlərinin namaza yanaşma tərzi
İnsan Allaha ibadət edərkən qəlbində yalnız Allahın məhəbbəti olmalıdır. İnsan yalnız bu yolla Allahla əlaqə yarada bilər. İnsanın yaradılmasından da əsas məqsəd Allahla əlaqə yaratmaqdır.

Buna görə də insan Allahla əlaqə yaratmaq üçün gərək mərifət, düşüncə ilə namaz qılmalıdır. Və namaz əsnasında fikiri başqa yerdə olmamalıdır. İnsan namaz qılarkən hər şeydən öncə bilməlidir ki, kimin hüzurunda dayanıb və kiminlə söhbət edir. Bunun üçün də özünü hazırlamalı ədəb, ərkan və düşüncə ilə namaz qılmalıdır.

Mərhum şəhid Mürtəza Mütəhhərinin həyatı barəsində yazırlar ki, o sübh namazını qılmaq üçün dəstəmaz aldıqdan sonra paltarlarını qəba və əbasını geyinib əmmaməsini başına qoyar, ətir vurduqdan sonra namazını qılardı. Onun həyat yoldaşı deyir ki, şəhid mütəhhəri özünü namaz qılmaq üçün elə hazırlayardı ki, kənardan baxan şəxs elə bilirdi ki, o, harasa getmək istəyir.

Rəhmətlik İmam Xomeyninin barəsində yazılır ki, o həmişə namazdan öncə özünü namaz qılmaq üçün hazırlayardı. O həmişə namazdan öncə özünə ətir vurardı. Onun ömrünün axırlarında həkimlərdən biri deyir ki, namazdan öncə ətir vurarda, bir gün ona iynə vurduq ki, rahat yata bilsin. O başa düşdü ki, bu iynəni ona yatmaq üçün vururam. Mənə buyurdu: iynəni vurun, lakin xahiş edirəm ki, namaz vaxtı məni oyadasınız.

O yuxuya getdi, lakin mən onu oyatmadım. Azandan bir neçə dəqiqə keçmişdi ki, imam özü yuxudan ayıldı. Onun üçün yemək gətirdilər. O buyurdu: yeməyin vaxtıdırmı? Dedilər bəli.

Soruşdu bəs namazın vaxtı necə, azan deyilibmi? Dedilər bəli, bir az bundan əvvəl azan verilib. İmam çox narahat oldu və buyurdu: axı mən sizə demişdi ki, məni namaza oyadasınız.

İmam əvvəl namazı qıldı, sonra onun üçün gətirən yeməyi yedi. Onun yanında olanlardan biri deyir ki, imam həmişə namazdan öncə özünə ətir vurduğu kimi, ömrünün son anlarında da belə özünü namaza hazırlayıb ətir vurardı.

Odur ki, insan namaz qılarkən özünü namaza hazırlamalı və namaz halında da fikri yalnız namazda olmalıdır.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930