Allahın kömək vədi
Mьəllif: admin1
Tarix: 4-10-2023, 10:19
Allahın kömək vədi

Allah-Taala vəd verib ki, kim ona kömək etsə, o da ona kömək edəcək. Əgər kimsə Allah üçün çalışıb hərəkət etsə, qələbə ona nəsib olacaq.

Belə deyil ki, hər bir nəfərə qələbə verəcəklər. Bir toplum hərəkət etdikdə, sözsüz ki, şəhadətlər var, çətinliklər var, əziyyətlər var, lakin qələbə də var:

"Allah ona kömək edənə mütləq kömək edəcək".

Buyurmur ki, kömək edəcəyik və heç kəsin burnundan qan da gəlməyəcək. Xeyr, öldürəcəklər və öldürüləcəklər, lakin qələbə əldə edəcəklər.

Bu, Allahın qanunudur. Qanımızın tökülməsindən qorxsaq, pulumuzun və hörmətimizin hədər getməsindən qorxsaq, ailədən ötrü qorxsaq, dostlardan ötrü qorxsaq, öz rifah və rahatlığımızın pozulmasından qorxsaq, işimizi, qazancımızı və mövqeyimizi qorumaq üçün hərəkətdən qalsaq, mülkün və əkin sahəsinin genişlənməsi üçün hərəkətdən qalsaq, daha nə olacağı bəllidir.

On İmam Hüseyn (ə) olsa belə, hamısı şəhid ediləcəklər; necə ki, Əmirəlmöminin (ə) şəhid edildi; necə ki, İmam Hüseyn (ə) şəhid edildi.

Ayətullah Seyid Əli Xamenei


nur-az.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930