Məscid; günahlarla mübarizə səngəri
Mьəllif: admin1
Tarix: 14-06-2015, 11:13
Məscid; günahlarla mübarizə səngəri
Şəbistan Xəbər Agentliyi: Məsciddə olmağın özü namazqılanlar və ziyarətçilərdə müsbət əsir qoyur, onlarda müqəddəs ibadət oclaqlarında olduqlarına görə günah və çirkintilkləri kənara qoymaq üçün lazımı niyyətin yaranmasında rol oynayır.
Imam Rıza (ə) özünün gövhərdən qiymətli kəlamlarında məscid və camaaat namzının insan həyatındakı roluna işatər edərək onların Allah tərəfindən məsləhət görülməsinin hikməti və səbəblərii barəsində buyurur:
«إِنَّمَا جُعِلَتِ الْجَمَاعَةُ لِئَلَّا یَكُونَ الْإِخْلَاصُ وَ التَّوْحِیدُ وَ الْإِسْلَامُ وَ الْعِبَادَةُ لِلَّهِ إِلَّا ظَاهِراً مَكْشُوفاً مَشْهُوراً لِأَنَّ فِی إِظْهَارِهِ حُجَّةً عَلَى أَهْلِ الشَّرْقِ وَ الْغَرْبِ لِلَّهِ وَحْدَهُ وَ لِیَكُونَ الْمُنَافِقُ وَ الْمُسْتَخِفُّ مُؤَدِّیاً لِمَا أَقَرَّ بِهِ یُظْهِرُ الْإِسْلَامَ وَ الْمُرَاقَبَةَ وَ لِیَكُونَ شَهَادَاتُ النَّاسِ بِالْإِسْلَامِ بَعْضِهِمْ لِبَعْضٍ جَائِزَةً مُمْكِنَةً مَعَ مَا فِیهِ مِنَ الْمُسَاعَدَةِ عَلَى الْبِرِّ وَ التَّقْوَى وَ الزَّجْرِ عَنْ كَثِیرٍ مِنْ مَعَاصِی اللَّهِ عَزَّ وَ جَلَّ؛
İmam Riza əleyhissalam buyurur: Həqiqətən camaat namazı dində xalislik, tək olan Allaha sitayiş etmək, Allaha ibadət edib Ona təslim olmağı aşkar etmək üçün müəyyən olunmuşdur. Çünki din hökmlərinin elan olunması və haqq bünövrələrinin bəyan edilməsiylə Allahın höccət və dəlili şərq və qərb əhlinə çatdırılır, islam dininin həqiqətləri aydınlaşır. Vahid Allaha sitayiş olunduğu üçün, artıq şirk və kafirliyin qaranlıq zülməti nurun qarşısında davam gətirə bilməz və nəhayət məhv olub gedəcəkdir.
Allahın dinindən uzaq düşüb onu yüngül sayanlar, amma müsəlmançılıq iddiası edənlər, istər-istəməz camaat namazına gəlir və iddiasına uyğun olaraq camaat namazına dayanır, nəticədə cəmiyyətin əməli bir şəkildə olur və kimsə hökmü pozmayır.
Xalq bir-birini tanıyır və bir-birinə şahid dura bilmələri üçün şərait yaranır. Bu məqsədi həyata keçirmək üçün ən yaxşı şey camaat namazıdır.
Bu toplaşma səbəb olur ki, xalq bir-birinə kömək əli uzatsın, ümumi mənafe xatirinə həmkarlıq etsin, çətinlikləri aradan qaldırsın, dindarlıqda, Allaha sitayiş etməkdə və çoxlu günahların qarşısını almaqda bir-birinə yardım etsinlər
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930