Salavat namazı tamamlayır
Mьəllif: admin1
Tarix: 20-06-2020, 08:54
Salavat namazı tamamlayır
Şəbistan Xəbər Agentliyi: Salavat deyilmədən namaz qəbul edilməz.

Bu fikir Cabir Cufinin nəql etdiyi rəvayətdən ələ gəlir. O İmam Sadiqdən (ə) belə eşitdiyini nəql edir:

"اذا صلّی احدکم فنسی ان یذکر محمّدا و آله فی صلاته سلک بصلاته غیر سبیل الجنّه و لا تقبل صلاه الّا ان یذکر فیها محمّد و آل محمّد"

Bəzən sizin namaz qılanlardan biri namaz qılır və Məhəmməd və Ali- Məhəmmədə salavat göndərməyi yaddan çıxarır. O namaz ilə behişt yolundan başaq bir yolu qət edib. Məhəmməd və Ali-Məhəmmədə salavat zikr edilməyən namaz kökündə qəbul deyil.

Həzrət Rəsulullahdan (s) belə nəql edilir ki, buyurdu:

"مَن صلّی صلاه لم یُصلّ فیها علیّ و علی اهل بیتی لَم تُقبل منه"

Hər kim namaz qılsa və onda Mən və Mənim Əhli- Beytinə (ə) salavat göndərməsə namazı qəbul eidməz.

Salavat namazı bütövləşdirir

Zurarənin İmam Sadiqdən (ə) nəq etdiyi bir hədisdə qeyd edirlir ki, fitrə zəkatanı ödəmək orucun tamamlayıcısıdır, neçə ki, Məhəmməd və Ali- Məhəmmədə də salavat göndərmk namazaın tamamlayıcısıdır.

Bildiyiniz kimi, Əhli- beytin (ə) adını çəkmədən (yəni Ali- Məhəmmədə salavat göndərmədən) Peyğəmbərə (s) göndərilən salavat naqis və qüsurludur.

Bü üzdən də onların hamısına – Məhəmməd və Ali- Məhəmmədə, Peyğmbər (s) və Əhli- beytinə(ə) – salavat göndərmək namazın tam, kamil və bütöv olmasına səbəb olur.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930