ŞABAN AYININ MÜŞTƏRƏK ƏMƏLLƏRİ
Mьəllif: admin1
Tarix: 20-05-2015, 14:48
ŞABAN AYININ MÜŞTƏRƏK ƏMƏLLƏRİ

İslaminsesi.org - Müqəddəs Şaban ayının da Rəcəb ayı kimi, həm müştərək əməlləri, yəni ayboyu edilə bilinəcək əməllər, həm də xüsusi günlərə aid olan əməlləri vardır.

1. Oruc tutmaq.

2. Hər gün 70 dəfə İmam Sadiqdən (ə) nəql olunan bu zikri demək:

أَسْتَغْفِرُ اللَّهَ وَ أَسْأَلُهُ التَّوْبَةَ (Əstəğfirullahə və əsəluhut təvbəh)

3. Hər gün 70 dəfə aşağıdakı zikri demək:

أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لا إِلَهَ إِلا هُوَ الرَّحْمَنُ الرَّحِيمُ الْحَيُّ الْقَيُّومُ وَ أَتُوبُ إِلَيْهِ (ƏstəğfirullAhilləzİ LƏ ilƏhə illƏ huvər-rahmƏnir-rahİmul-həyyul-qayyUm və ətUbu iləyh)

4. Fəqir və ehtiyaclı olanlara sədəqə vermək. Hz. Əlidən (ə) ayın ən yaxşı əməli soruşulduqda, İmam (ə) buyurub: "Sədəqə və bağışlanma diləmə".

5. Bütün ay boyu aşağıdakı zikri 1000 dəfə oxumaq:

لا إِلَهَ إِلا اللَّهُ وَ لا نَعْبُدُ إِلا إِيَّاهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَ لَوْ كَرِهَ الْمُشْرِكُونَ (LƏ ilƏhə illəllAhu və lƏ nəbudu illƏ iyyƏhu muxlisİnə ləhud-dİnə vələv kərihəl-muşrikUn)

Bu zikr ay boyu onu oxuyanın əməl dəftərində min ilin ibadəti kimi yazılar. Peyğəmbər (s) buyurub ki, bu zikri deyən Qiyamət gün öz qəbrindən üzü bədrlənmiş ay kimi bərq vuran halda qalxacaq.

6. Bu ayın hər 4-cü günü (cümə axşamı) iki rəkət namaz qılmaq. Namazın hər rəkətində "Həmd" surəsindən sonra 100 dəfə "Tövhid" surəsini oxumaq lazımdır.

Namazın salamlarından sonra isə 100 dəfə salavat göndərmək. Hz. Əli (ə) Peyğəmbərdən (s) belə nəql edir:

"Bu namazı qılan hər kəsin Allah dini və dünyəvi hacətlərini yerinə yetirər və bu günü oruc tutan şəxsin bədəninə cəhənnəm odu haram olar".

7. Peyğəmbər (s) və onun pak Əhli-beytinə (ə) çoxlu salavat göndərmək.

8. Şaban ayının hər günündə şəri zöhr vaxtı və gecə yarısı İmam Zeynəlabidindən (ə) nəql olunan "Salavati-Şabaniyyə"ni oxumaq. «Məfatihul-cinan», səh. 408-411-ə müraciət edin.

9. İbn Xalviyyədən nəql edilir ki, bu ayda Həzrət Əli (ə) və onun övladları (ə) bu münacatı oxuyardılar.«Məfatihul-cinan», səh. 412-yə müraciət edin
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930