İmam Baqirdən (ə) öncə şiələrin dini elmi hövzəsi olubmu?
Mьəllif: admin1
Tarix: 28-05-2015, 22:37
  İmam Baqirdən (ə) öncə şiələrin dini elmi hövzəsi olubmu?
ƏBİSTAN Xəbər Agentliyinin "Dini Elmi Hövzələr şöbəsi"nin müxbiri "şiə dini hövzəsinin tarixi", "nə üçün şiə tələbələrinə İmam Sadiq (ə) şagirdləri deyilir?", "İmam Baqirdən (ə) öncə də şiə dini hövzəsi mövcud olmuşdurmu?" kimi suallarla "İmam Qaim (ə.f) elmi dini mədrəsəsi"nin rəisi Ayətullah Seyyid Əbdul-Cəvad Ələmulhüda cənablarına müaricət edib. Ustadın bu kimi suallara cavablarının xülasəsini təqdim edirik:
"Allahın Rəsulu Həzrət Məhəmməd (s) həmişə "fihq" deyirdi, səhabələrə İslam şəriətini öyrədirdi, bizim Əhl-Beyt (ə) imamlarımız da İmam Əlidən (ə) başlayaraq İmam Mehdiyədək (s) hamısı İslam maarifini və şəriət məsələlərini səhabələrinə və şagirdlərinə təlim ediblər. Buna görə də şiələrin dini elmi hövzəsinin tarixi İslamın tarixi qədər qədimdir. Onlar heç vaxt Peyğəmbərin (s) şəriət təlimi, fiqhin izahı, Quranın təfsirindən uzaq düşməyiblər. Şiənin dini elmi Əhl-Beyt (ə) vasitəsilə Peyğəmbərin (s) zamanına çatır. Sonradan İmam Əliyə (ə) vəfadar qalan səhabələr həm Peyğəmbərdən (s) və həm də İmam Əlidən (ə) dini təlim aldırlar. İmam Əli (ə) Rəcəb ayından Məhərrəm ayınadək müqəddəs Məkkə şəhərində İslam hökmlərini və Quran maarifini təlim edərdi. Buna görə də Şiənin fiqhi və dini təliminin tarixi Peyğəmbər (s) zamanına qayıdır, amma İmam Baqir (ə) zamanında danada genişləndi və özünə sistemləşdirilmiş bir şəkil aldı.
Çünki Peyğəmbərdən (s) sonra bəzi siyasi hadisələrin baş verməsi İmam Əli (ə) üçün geniş şəkildə dini hövzə yaratmağın qarşısını aldı. İmam Əlinin (ə) öz zamanında, İmam Həsən (ə) dövründə və sonra da Kərbəla hadisəsi və s... cərəyanların baş verməsi və nəhayətən zalim Üməyyə dövlətinin qurulması İmam Baqirdən (ə) öncəki imamlara geniş və sistemləşmiş dini elmi hövzə yaratmaq fürsəti vermədi. İmam Səccad (ə) dini maarifi dua şəkilində səhabələri üçün açıqlayırdı ki, zalimlər duyuq düşməsinlər. Amma Əməvilərin süqutu və Abbasilərin iş üstünə gəldiyi dönəmdə İmam Baqir (ə) üçün 15 il və İmam Sadiq (ə) üçün 16 il Mədinə şəhərində dini elmi hövzə yaratmaq və bu hövzəni sistemləşdirmək imkanı yarandığı üçün bizim elmi hövzəmiz bu iki əziz imamın adını daşıyır. Bu iki imamın şagirdləri sonrakı dövr üçün yüzlərlə kitab yazdılar ki, bunlar 400-ü "üsul" adı ilə məşhurdur ki, şiələrin hədis kitablarının əsas qaynağı hesab olunurlar. Bu iki imamdan sonrakı imamlar üçün də tarix təkrarlandı və onlar bu elmi hövzəni genişləndirə bilmədilər. Onların tədris və təbliğ şəraiti Abbasilər tərəfindən çox məhdudlaşdırıldı. Yenidən kiçik və böyük ğeybət dövründə şiələr üçün müxtəlif vaxtlarda müxtəlif fürsətlər yarandı və şiə alimləri Bağdad, Kufə, Xorasan, Nəcəf, Kərbəla, Hillə, Cəbəl-Amul (Livan), İsfahan və Qumda dini hövzələr yaradıb, şagirdlər tərbiyə etdilər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930