Həzrət Peyğəmbərin (s) rəğbət bəslədiyi məclislər
Mьəllif: admin1
Tarix: 7-01-2023, 11:03
Həzrət Peyğəmbərin (s) rəğbət bəslədiyi məclislər
Həzrət Peyğəmbər (s) məscidə daxil olan zaman, orada həm dua və həm də elmi məclis təşkil edilmişdi.

Həzrət (s) məhz elmi məclisi seçir və buyurur: “Məclisin hər ikisi də yaxşıdır. Birində Allahı çağırarlar və o birisində isə dini əhkam öyrənirlər, agah olmayanlara öyrədirlər. Bu məclisin üstünlüyü vardır. Mən təlim üçün göndərilmişəm”.

Sonra onların yanında əyləşdi.

İslam dini həmişə elm və təhsilə xüsusi əhəmiyyət vermişdir. Əmirəl-möminin (ə) bu haqda buyurur: “Elm və bilik - qüdrətdir. Hər kim onu əldə edər, qələbə çalar. Hər kim onu əldə etməz, səltənətin altında qərar tutar”.

Əmirəl-möminin (ə) buyurur: “Cavanlar və yeniyetmələr üçün ən yaxşı təhsil odur ki, böyüyən zaman ona ehtiyacı olsun”.

Həzrət Əli (ə) buyurur: “Uşaqlıqda elm öyrənin ki, böyüyən zaman ona şərəf tapasınız”.

Həzrət Əli (ə) buyurur: “Təqvalılar qulaqlarını ancaq faydalı elmə tapşırarlar”.

İmam Baqir (ə) buyurur: “Elm öyrənən zaman bir-birinizi qabaqlayın. Allaha and olsun ki, düzgün insandan halal və haram haqqında öyrəndiyiniz hədis dünyadan, onun qızıl və gümüşündən daha yaxşıdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Faydalı elm ibarətdir:

1. Etiqadi məsələlər.

2. Əxlaq elmini öyrənmək.

3. Əhkam elmini öyrənmək, halalı və haramı”.

Məsumlar (ə) həmişə bizə tövsiyə edir ki, faydalı olan elmləri öyrənək. Yəni, o elm ki, bizə və cəmiyyətə fayda versin. Axirətimiz üçün faydalı olsun. Faydalı elmlərə Allahşünaslıq, günahşünaslıq, insanşünaslıq da daxildir.

Tibb elmi.

İmam Əli (ə) buyurur: “Elm üç cürdür: fiqh və əhkam elmi - din üçün, tibb elmi - bədən üçün, ədəbiyyat elmi - dili qorumaq üçün”.

Riyaziyyat elmi.

İmam Əli (ə) buyurur: “Hər kim riyaziyyat və nücum elmini öyrənməz, mərifəti axsamış deməkdir”.

Siyasət.

İmam Əli (ə) buyurur: “O kəs ki, zamanını tanıyar, onun hadisələri ilə qarşılşan zaman qafil (olmaz). Onunla qarşılaşmaq üçün hazırlıq əldə edər”.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, zamanını tanıyar, büdrəmələr və səhvlər ona hücum etməz”.

Dini elm.

Həzrət Peyğəmbər (s) buyurur: “Bizim davamçılarımızdan hər kim bizim elmimizə bilikli olar, cahili hidayət edər, dinimizi ona öyrədər - behiştdə bizimlə bir yerdə olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Qızın atası üzərində olan haqqı odur ki, “Nur” surəsini ona öyrətsin”.

Sənət öyrənmək.

İmam Əli (ə) buyurur: “İffəti nəfslə bir yerdə sənətlə məşğul olmaq, napak olan sərvətdən daha yaxşıdır”.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031