"Əli (ə) hara getsə, həqiqət onun ardınca dönür"
Mьəllif: admin1
Tarix: 12-05-2015, 21:29
"Əli (ə) hara getsə, həqiqət onun ardınca dönür"

Mübarək Rəcəb ayını yaşamaqdayıq. İlin digər aylarında çalışıb əldə etmək istədikərimizi bu ayda Allahın açdığı geniş mərhəmətlə əldə edə biləcəyimiz bir aydayıq. Rəcəb ayı özümüzlə məşğul olmaq üçün ən gözəl fürsətlərin cəm olduğu bir aydır. Bir ay ki, mövzu yalnız mənəvi durumumuz və ruhumuzun necəliyidir. Mənəvi keyfiyyətlərə yiyələnmək və bunları mələkəyə çevimək baxımından da önəmli bir aydayıq.
İmam Sadiq (ə) buyurur: "Rəcəb ayının fəzilətini bir Allah bilir"
"Allah ayı" olan Rəcəb ayına gözəllik qatan elementlərdən biridə bu ayda Həzrət Əlinin (ə) dünyaya gəlməsidir.
Həzrət Əli (ə) Allah Təala üçün o qədər əzizdir ki, Haqq Taala İmamın (ə) Kəbədə - Öz evində dünyaya gəlməsini istəyir. Ona özü ad qoyur. Onu Rəsulunun (s) qardaşı seçir. Onu elmin qapısı, məqamına görə bəzi peyğəmbərlərdən (ə) üstün qərar verir. Onu ümmətin İmamı, İlahi dinin hüccəti, dünyaya nümunə qərar verir. Allah Təala onun nəslini davam etdirir. Allah Zamanə Sahibini (ə.f) Həzrət Əlinin (ə) nəslindən qərar verir. Allah və Rəsulu (s) onu sevir, o da Allahı və Rəsulunu (s) sevir.
İmam Əli (ə) ən gözəl yol bələdçisidir - onun yolunu gedən heç vaxt azmaz və xeyir daim onunla olar.
Rəsuli-Əkrəmin (s) rehlətindən sonra azğınlığa düşüb yolumuzu səhv salmayaq deyə, İmam Əlini (ə) bizə rəhbər təyin edərək, belə buyurur: "Əli (ə) hara getsə, həqiqət onun ardınca dönür". Dünya və axirət səadətini Allah Təala İmamlara (ə) itaətdə qoymuşdur.
Həzrət Əlinin (ə) Rəcəb ayında dünyaya gəlməsinin hikməti - Allahın İmamı (ə) çox sevməsinin göstəricisi kimi qəbul etsək, bəlkə yanılmarıq. Allaha sonsuz şükürlər olsun ki, bizi İmam Əlinin (ə) vilayətində qərar verib.
Bu günlər həm də böyük İslam mütəfəkkiri Mürtəza Mütəhhərinin şəhadət günləridir.
Şəhidin İmam Əli (ə) haqda buyurduğu fikirləri təbərrük üçün bölüşürük.
"Əli (ə) - İslamın ikinci şəxsidir. Heç kim onun kimi İslam yolunda ixlas və fədakarlıq göstərməmiş, mücahidə etməmişdir. Heç kim onun kimi İslamın ruhunu və həqiqətini bilmirdi. O, Peyğəmbərdən (s) sonra ən alim, ən zahid və ən pəhrizkar insan idi. Əlinin (ə) varlığı İslamın yüksək təlimlərinin ən gözəl nümunəsidir. Onun ədaləti, insan hüquqlarına həssaslığı, xüsusən də zəhmətkeş kütləni himayə etməsi dünyada dillər əzbəridir...
Həzrət Əli (ə) İslam yolunda özünü tamamilə unudurdu. Peyğəmbərin sağlığında bir aşiq və fədakar əsgər kimi Peyğəmbərin (s) əmrini icra edirdi. Əlinin (ə) ən böyük fədakarlığı Peyğəmbərin (s) vəfatından sonra oldu. Baxmayaraq ki, Peyğəmbərdən (s) sonra müsəlmanların rəhbəri o, olmalı idi, xəlifəliyi özünün danılmaz haqqı bilirdi, ancaq müsəlmanların birliyini qorumaq və Peyğəmbərin (s) zəhmətləri hədər getməsin deyə, öz haqqına göz yumdu və digərləri ilə tam səmimiyyətlə əməkdaşlıq etdi”.
Həzrət Əlinin (ə) gözəl mövlud günləri mübarək olsun. Allah bizi dünya və axirətdə İmamın (ə) vilayətindən ayrı salmasın.

Süleyman Rüstəmov
"Dəyərlər"in oxucusu
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930