Hacətlərin yerinə yetirilməsi üçün asan yol
Mьəllif: admin1
Tarix: 14-06-2020, 09:48
Hacətlərin yerinə yetirilməsi üçün asan yol
Əgər indiyə qədər İlahi peyğəmbərlərin (ə) adı qalıbdırsa, Allahla olan rabitələrinə görədir. Bütün varlıqlar arasında əbədi və əzəli olan tək varlıq - Allahdır.

Ona görə də hər bir işi Allahın adı ilə başlamaq lazımdır, Ondan yardım istəmək lazımdır. Necə ki, hər Quran ayəsinin başında Onun adını çəkirik.

Həzrət Nuh (ə) o tufanlı və ağır gündə ki, gəmiyə minib tərəfdaşları ilə bir yerdə məqsədlərinə çatmaq istəyirdilər, onlara əmr etdi ki, hərəkət edən və dayanan zaman desinlər: "Bismillah!”.

"Və (Nuh) dedi: «Onun hərəkət və sükunət halında «bismillah» deyərək ona(gəmiyə) minin və «Bismillah» onun hərəkət və sükunətidir (onun hərəkət və sükunətinin açarıdır). Doğrudan da mənim Rəbbim çox bağışlayan və mehribandır»”. ("Hud” 41).

Onlar bu təhlükəli səfəri müvəffəq şəkildə başa vurdular və salamat halda gəmidən quruya düşdülər. "(Allah tərəfindən) deyildi: "Ey Nuh, sənə və səninlə birgə olan dəstələrə Bizim tərəfimizdən olan salamatlıq, salam və bərəkətlərlə aşağı en””. ("Hud” 48).

Həmçinin Süleyman (ə) Səba mələkəsinə yazdığı məktubu "Bismillah” kəlməsi ilə başlayır. "Bu məktub Süleymandan gəlmişdir və (o) «Bağışlayan və mehriban Allahın adı ilə» (başlayır)”. ("Nəml” 30).

Hədislərdə oxuyuruq ki, Həzrət Musanın (ə) ürəyi möhkəm ağrıyırdı. Deyir: "Allahım, nə etməliyəm?”. Xitab gəlir: "Filan küçədəki bitkini ye”. O, belə edir və şəfa tapır.

Bir müddətdən sonra ağrısı yenə başlayır. Həmin bitkinin sorağına gedir. Yeyir, ancaq yardım etmir. Ağrısı daha da artır. Deyir: "Allahım, o dəfə yedin, şəfa tapdım, bu dəfə yedim, ağrım artdı”.

Allah Təala buyurur: "Birinci dəfə Mənim adım və Mənim tərəfimdən həmin bitkinin sorağına getmişdin, şəfa tapdın. Bu dəfə öz tərəfindən və Mənim adım olmadan həmin bitkini yedin və bitki də dərman yerinə ağrını artırdı. Məgər bilmirsən ki, dünyanın hamısı zəhər, qatildir? Dərmanı isə Mənim adımdır”.

Quran buyurur ki, hər nə yeyirsənsə, ona Allahın adını çək. "(Kəsilərkən başı) üzərində Allahın adı çəkilməmiş (və murdar olmuş)şeydən yeməyin ki, onu yemək əlbəttə, (Allaha qarşı) itaətsizlikdir”. ("Ənam” 121).

Bu günün çətin zamanında hər birimiz elə bir yol axtarırıq ki, çətinliklərimizi həll edək və istəklərimizə çata bilək. Bu gün başqalarına ağız açmaq və onlardan yardım istəmək yayılmış adətlərdəndir. Bəziləri valideynlərindən yardım istəyir, bəziləri dostlarından... Lakin az adam Allaha üz çevirib Ondan yardım istəyir.

Onun qarşısında əyilib, Ondan yardım diləyir. Amma insan bilməlidir ki, Allah yeganə qüdrətdir ki, Onun izni olmadan bir yarpaq yerindən tərpənə bilməz. Ona görə də hər kim Ona tərəf əl açar, şübhəsiz ki, əlləri boş qayıtmaz.

İmam Həsən Əsgəri (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "Qəmgin olan zaman "Bismillah” kəlməsini ixlasla dilə gətirmək iki haldan xaric olmaz: ya dünyada hacətin yerinə yetməsinə səbəb olar, ya da Allah onu Öz yanında ehtiyat saxlayar. Möminlər üçün axirətdə İlahi ehtiyat daha yaxşı və daha davamlıdır”.

Hər bir müsəlman işinə Allahın adı ilə başlayar. Lakin sadəcə dildə deyilməməlidir, bəlkə insan ürəyi ilə də Allaha bağlanmalıdır. Bu rabitə onu doğru yola istiqamətləndirər. Bu cür iş mütləq bərəkətli olar.

Həzrət Peyğəmbər (s) İmam Əliyə (s) xitab edərək buyurur: "Ey Əli! Sənə elə kəlmələr öyrədim ki, bəla və giriftarlıq zamanı onu oxu ki, Allah müxtəlif bəlaları səndən dəf etsin. Bu kəlmələr:

بسم الله الرحمن الرحیم و لا حول و لا قوة إلا بالله العلی العظیم” ("Bismilləhir-Rahmənir-Rahim və lə həvlə və lə quvvətə illə billəhil-aliyyul-azim”)”.

Əgər insan özünü bu kəlmələrə adət etdirə bilsə və hər bir işinin əvvəlində bu kəlməni deyə bilsə, bu həyatda qalib və müvəffəq olar. Bu qalibiyyət bu dünyada həyata keçməsə belə, axirətdə ona rahatlıq şəklində ərməğan olar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930