Ayətullah Behcət Ərbəin ziyarəti barədə
Mьəllif: admin1
Tarix: 26-10-2019, 10:03
Ayətullah Behcət Ərbəin ziyarəti barədə

Ayətullah Behcət buyurur: “Allahın bütün şüarları – əlamətdir. Nəyin əlamətidirlər? Misal üçün başını torpağa qoymaq – səcdə olunan Varlığı tanımağa və yadına salmağa səbəb olar.

“Bismillah”ı namazda möhkəmdən demək hamıya bəlli edər ki, bu əməl – lazımlı əməldir.

Qırx möminin ziyarəti insana mömin bacı və qardaşları yada salar və onlar üçün dua edər.

Hər kim Allah şüarını böyük hesab edər – bu, o deməkdir ki, onun durumu qəlbin təqvalı olmasından irəli gəlmişdir. Təqvalı qəlb insana ancaq Allahı yada salmaqda yardım etmir, bəlkə başqalarına da Allahı xatırladır.

İmam Həsən Əsgəri (ə) buyurur ki, möminin beş əlaməti vardır. Onlardan biri də Ərbəin ziyarətidir. Yəni, Ərbəin ziyarəti İslam dininin və Allahın şüarlarından və əlamətlərindəndir. Hər kim Ərbəin ziyarətini yerinə yetirər – həqiqi möminlərin cərgəsinə qoşular”.
(Deyerler.org)


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031