Ərbəin ziyarəti - möminin nişanəsi
Mьəllif: admin1
Tarix: 6-11-2017, 10:10
Ərbəin ziyarəti - möminin nişanəsi
İmam Hüseynin (ə) ziyarəti məsum dini rəhbərlərin israrla tapşırdıqları bir dəyər və qiyamətli əməldir. O möminin nişanələrindən sayılacaq qədər qiymətə malikidir. Belə ki, İmam Həsən Əsgəri (ə) buyurur:


ويستحب زيارته عليه السلام فيه وهي زيارة الأربعين، فرُوِيَ عَنْ أَبِي مُحَمَّدٍ الْحَسَنِ بْنِ عَلِيٍّ الْعَسْكَرِيِّ عليه السلام أَنَّهُ قَالَ عَلَامَاتُ الْمُؤْمِنِ خَمْسٌ صَلَاةُ الْإِحْدَى وَالْخَمْسِينَ وَزِيَارَةُ الْأَرْبَعِينَ وَالتَّخَتُّمُ فِي الْيَمِينِ وَتَعْفِيرُ الْجَبِينِ وَالْجَهْرُ بِ بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ.

"Möninin 5 nişanəsi vardır: 51 rəkət namaz, ərbəin ziyarəti, sağ ələ üzük taxmaq, alını torpağa qoymaq və "Bismillahir-rəhmanir-rəhim"i ucadan söyləmək.

İmam Sadiq (ə) də başqa bir hədisdə buyurur:

عن مفضّل بن عمر : كان الإمام جعفر بن محمّد الصادق عليه السلام جالساً ... فقام إليه أبو نصير وصفوان الجمّال، فقالا : جعلنا الله فداك، دلّنا على شيعتكم . فقال عليه السلام : «يعرف شيعتنا بخصال شتّى» . فقلت : جعلت فداك، بماذا يُعرفون ؟ قال : «بالسخاء ... وزيارة الأربعين...».

"Mufəzzəl ibn Ömər deyir: İmam Sadiq (ə) oturmuşdu...Əbu Nəsr və Səfvan Camal onun yanına gəldilər və ərz etdilər: Sənə fəda olaq, bizi şiələrin (onların nişanələri ) barədə aydın et. O həzrət buyurdu: Bizim şiələrimizni müxtəlif nişanələri vardır. Həzrətə ərz etdilər: Sənə fəda olaq, hansı nişanələrlə tanınırlar? (Həzrət bir neçə nişanə sayaraq) buyurdu: Səxavətlə...və ərbəin ziyarəti ilə.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031