Əhli-Beyt (ə), Ərbəinin ilk zəvvarları idi
Mьəllif: admin1
Tarix: 26-09-2021, 23:42
Əhli-Beyt (ə), Ərbəinin ilk zəvvarları idi
Həzrət Ayətullah Sübhani İmam Sadiq (ə) adına elmi hövzədə buyurmuşdur: “Ərbəin ziyarəti o zamandan başlayıb ki, Əhli-Beyt (ə) Şamdan Mədinəyə qayıdan zaman Kərbəla yolundan keçmişdilər.

Əhli-Beyt (ə) ilk Ərbəin ilində Kərbəlaya getmişdilər ki, bu haqda çox sayda məlumat mövcuddur. Bu məlumatlara görə Əhli-Beyt (ə) İmam Hüseyn (ə) Ərbəinin ilk zəvvarları olmuşdular.

İmam Səccadın (ə) atəşli xütbəsi Şamda təşviş yaratdı. Şam əhli başa düşdülər ki, əsirlər Həzrət Peyğəmbərin (s) övladları idi. Bu zaman vəziyyət dəyişdi və fərqli baxışlar meydana gəldi.

Hədislərimiz buyurur ki, Ərbəin ziyarəti möminin xüsusiyyətlərindəndir. Keçmişdə zəvvarların bir çoxu Əba Abdullah (ə) ziyarəti yolunda çox sayda əziyyətlər çəkmişdilər.

Ancaq indi Kərbəla yolunda edilən bərpa işləri zəvvarların get-gəlini asanlaşdıracaqdır. Bu xidmət yolunda elə rəftar etmək lazımdır ki, İraq xalqının təhrik olmasına gətirib çıxartmasın. Onlar güman etməsinlər ki, Kərbəlanı sahiblənmək üçün gəliblər”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930