Peyğəmbərimizin (s) “Mən Hüseyndənəm…” buyuruşu nə məna daşıyır?
Mьəllif: admin1
Tarix: 23-09-2019, 20:41
Peyğəmbərimizin (s) “Mən Hüseyndənəm…” buyuruşu nə məna daşıyır?
Həzrət Peyğəmbər (s) İmam Hüseyn (ə) barəsində buyurmuşdur: “Mən Hüseyndənəm və Hüseyn məndəndir”.

İmam Hüseynin (ə) Peyğəmbərdən (s) olması aydın bir mövzudur, çünki onun nəvəsidir. Bəs “Mən Hüseyndənəm” dedikdə, Həzrət (s) nəyi nəzərdə tutmuşdur?

Bu suala cavab verməzdən əvvəl bu hədisi də yada salmaq istəyərdik ki, Həzrət Peyğəmbər (s) İmam Əli (ə) haqqında da bu sözləri deyərdi: “Əli məndəndir və mən Əlidənəm”.

Burada yenə həmin sual meydana gəlir. Bu sualların cavabını “Mübahilə” barəsində gələn ayə cavablayır: “Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih (ə) haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de:

«Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz xanımlarımızı, siz öz xanımlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq.

(Həzrət Peyğəmbər (s) bu hadisədə İmam Həsənlə (ə) İmam Hüseyni (ə) oğulları, Həzrət Fatiməni (s.ə) - xanımlar və İmam Əlini (ə) canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular)”. (“Ali-İmran” 61).

Bəzən belə sual meydana gəlir ki, bəs niyə Peyğəmbər (s) bu sözləri oğlu İbrahim barəsində deyil, məhz nəvəsi barəsində buyurmuşdur?

Halbuki İbrahim onun oğlu idi. Ancaq demədi ki, İbrahim məndəndir və mən də İbrahimdənəm.

Yuxarıdakı ayə buyurur ki, nübuvvət, imamət və vilayət mövzusu – bir nurdur. Bəzən Peyğəmbərimizin (s) mübarək simasında zühur edir, bəzən Fatimeyi-Zəhranın (s.ə) simasında və bəzən də 12 İmam (ə) barəsində zühur edər. Əlbəttə, hər birində özünəməxsus dərəcə ilə zühur edər. Hər birinin özünəməxsus mərtəbəsi vardır.

Bu nur hər bir İmamda (ə) mövcuddur. İmam Əli (ə) və İmam Hüseyn (ə) də bu nura malik olan İmamlardandır (ə).

“Mübahilə” ayəsi açıqladı ki, kimlər Məsumdur və Peyğəmbərin (s) sünnəsini davam etdirəcəklər.

Həzrət Peyğəmbər (s) ona görə buyurur ki, mən – Hüseyndənəm (ə), yəni mənim sünnəm onun nəsli ilə davam edəcəkdir və bir nəsildən başqasına ötürüləcəkdir. Bu nəslin atası isə İmam Hüseyn (ə) olacaqdır.

İmam Hüseyn (ə) – 9 İmamın (ə) atasıdır və sonuncu İmamın (ə.f) zühurundan sonra rəcət edəcək və intiqamını alacaqdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930