“Səcdeyi-səhv” nədir? - Qılınma qaydası və vacib olan yerləri
Mьəllif: admin1
Tarix: 23-09-2019, 20:31
“Səcdeyi-səhv” nədir? - Qılınma qaydası və vacib olan yerləri
Səcdə məqamı həm namazın vacib hissələrindən, həm də namazdan qeyri hallarda çox bəyənilmiş və təkid olunmuş əməllərdəndir. Hətta hədislərdə səcdə insanın rəbbinə ən yaxın məqamı kimi qeyd olunub.

Səcdeyi səhv və ya Səcdətu-Səhv termini isə bir fiqhi termindir. Namaz zamanı müəyyən hallar vardır ki, insan səhvən o işlərdən birini görsə səhv səcdəsi ona vacib olar, amma qəsdən görərsə namazı batil olur.

Səcdəyi-səhv namaz bitdikdən sonra yerinə yetirilir. Bu əmələ qəsdən etinasız yanaşılsa insan günah etmiş olur. Əgər yadından çıxsa nə zaman yadına düşərsə gərək yerinə yetirsin. Səcdəyi səhv əsasən səhvən namaza bir şey alavə olduqda və ya namazdan azaldıqda yerinə yetirilir.

Səcdəyi səhv bir neçə yerdə vacib olur:

1-Namazda səhvən danışdıqda, əlavə söz dedikdə (hansı dıldə olmaının fərqi yoxdur).

2-Vacibi səcdənin birini unutduqda.

3-Dörd rəkətli namazın son səcdəsindən sonra şəkk edə ki dörd rəkət qılıb ya beş?

4-Namazda səhvən salam versə.

5-Təşəhhüdü unutsa.

Səcdəyi-səhvdə paklığın və libasın təmiz olmasının şərtləri:

1-Ayətullah Xameneyi:

Səcdəyi səhvdə namazda olan şərtlərə riayət olunmalıdır. Quranın vacıbi səcdəsində isə lazım deyil. Amma alını səcdənin səhih olduğu şeylərin üzərinə qoysun.

2-Ayətullah Sistani:

Vacib deyil

3-Ayətullah Məkarim Şirazi:

Namazda lazım olan şərtlərə riayət olunsun və alını səcdənin səhih olduğu şeylərin üzərinə qoyulsun.

4-Ayətullah Saf Güləyqani:

Namazda vacıb olan şərtlər səcdəyi səhvdə də vacibdir.

Səcdəyi səhvin qaydası:

Oturub səcdəyi səhv niyyəti edirsən və alını səcdənin səhih olduğu şeyin üzərinə qoyub deyirsən: Bismillahi və billah. Allahumə səlli alə Muhəmmədin və Ali Muhəmməd.

Yaxud belə də deyə bilərsən: Bismillahi və billah. Əssəlamu aleykə ya əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkətuhu.

Sonra qalxıb oturur və yenidən ikinci səcdəyə gedib həmin zikirlərdən birini bir daha deyirsən, yenə qalxıb oturur, təşəhhüd və salam deyərək əməlin icrasını bitirirsən.
(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930