Həzrət Məhəmmədin (s) doqquz yaşlı həyat yoldaşı var idimi?
Mьəllif: admin1
Tarix: 19-09-2019, 10:59
Həzrət Məhəmmədin (s) doqquz yaşlı həyat yoldaşı var idimi?
İslam Peyğəmbərinin həyatına, onun ailələrinin xüsusiyyəti və Peyğəmbərin (s) onlarla olan rəftarına nəzər saldıqda, bunun şahidi oluruq ki, əgər Peyğəmbər (s) bir neçə ailə həyatı qurmuşdur, hikmət üzündəndir ki, biz onlardan bəzilərinə işarə edirik:

1. Peyğəmbərin (s) Ayişəylə evlənməsi barəsində demək olar ki, bu izdivac Ayişənin atası Əbu Bəkrin istəyiylə həyata keçmişdir; çünki O, O Həzrət kimi şəxsiyyətin onun damadı olmasını özünə fəxr bilirdi, bundan əlavə Əbu Bəkr böyük bir tayfaya sahib idi ki, müşriklərin müxalifəti qarşısında böyük maneə ola bilərdi.

2. Kiçik qız uşağının, ata və vəlinin icazəsi çərçivəsində, bu şərtlə ki, zifaf mərasimi həddi buluğa çatandan sonra bərpa olacaqdır, o dövrdə geniş yayılmış bir adət idi xüsusiylə də Ərəbistanın təbiətinə əsasən qızların daha tez böyüməsinə səbəb olurdu.

Ətreaflı cavab

Ailə həyatı qurmaq məsələsinin məntiqli bir cavabı budur ki, qadınla kişinin bir-birinə ehtiyacı vardır və bu da bütün dinlərdə, şəriət və cəmiyyətdə qəbul olunmuşdur.

İslam dini də evliliyi ən gözəl və bərəkətli əsaslardan sayır və öz davamçılarını ona zövqləndirərək onun üçün məhdudiyyət və şərait təyin etmişdir. Peyğəmbər (s) də insandır. Digər insanlar kimi hər bir şeyə ehtiyacı vardır, yalnız bu fərqlə ki, O Həzrətə vəhy nazil olurdu.

(1)"قل انّما انا بشر مثلکم یوحی الیّ"


"De! Mən də sizin kimi bəşərəm,(mənim üstünlüyüm budur ki,) mənə vəhy nazil olur..."

Peyğəmbərin (s) ehtiyaclarından biri də ailə həyatı qurmaqdır, lakin Peyğəmbər (s) Məsum və kamil bir insan olduğu üçün öz istəklərini kontrol edir və heç zaman nəfsinin istəklərinə müsbət cavab vermir.

O Həzrətin həyatına, ailələrinin xüsusiyyətlərinə və onlarla rəftarına nəzər saldıqda, bunun şahidi oluruq ki, əgər Peyğəmbər (s) bir neçə ailə sahibi olmuşdursa və ya səkkiz yaşlı Ayişəylə evlənib on yaşı olanda onunla zifaf etmişdirsə,[2] bunların hər biri hikmət daxilində olmuşdur ki, onlardan bəzilərinə işarə edirik:

1. İslamdan əvvəl Ərəblər və Qureyş arasında bir neçə növ ailə həyatı qurmaq var idi ki, onlardan bəziləri şiğar nikahı[3] idi ki, İslam dini onu qadağan etdi, lakin insan ruhiyyəsiylə uyğun gələnləri isə təyid etdi, o cümlədən kiçik qız uşağıyla ki, atası və ya vəlisi icazə versin lakin bu şərtlə ki, zifaf mərasimi həddi buluğa çatdıqdan sonra keçirilsin.

Bu cür nikah o dövrdə geniş şəkildə yayılmış idi. Xüsusiylə də Ərəbistanın hava və təbiətini nəzərə alaraq qız uşaqlarının daha tez böyüməsinə səbəb olurdu.

2. O Həzrətin Ayişəylə ailə həyatı qurması barəsində demək olar ki, bu izdivac Ayişənin atası Əbu Bəkrin istəyiylə həyata keçmişdir; çünki O, O Həzrətin kürəkəni olmasını özünə fəxr bilirdi. Bundan əlavə Əbu Bəkr böyük tayfaya sahib idi və bu nikah müşriklərin müxalifəti qarşısında ən böyük maneə idi.

Digər bir nöqtə budur ki, Ayişə deyir: Peyğəmbər (ə) tez-tez həyat yoldaşı Xədicədən yad edirdi o qədər ki, Ayişənin qadınlıq hissi oyanır və O Həzrətə deyirdi ey Allahın Rəsulu, Allah sənə daha yaxşı ailə vermişdir, lakin yenə də Peyğəmbər onun gözəl əxlaq və sifətlərindən söz açırdı.[4]

Bu nöqtə onu bildirir ki, Həzrər Rəsulun (s) ailələriylə xüsusiylə də Ayişəylə izdivacından məqsəd şəhvət deyil çünki (evləndiyi zaman) özündən on beş yaş böyük olan bir qadını o qədər yad etməzdi.

Əlavə məlumat üçün:

[1] - Kəhf surəsi, ayə 110

[2] - Tarixdə on iki yaşdan on yeddi yaşa kimi də gəlmişdir; Nümunə üçün, bəzilərinin etiqadı budur, Ayişənin Peyğəmbərlə evləndiyi vaxt doqquz yaşdan çox yaşı olmuşdur, o cür ki, nikah oxunan vaxt 13 və ya on yeddi yaşı olmuşdur. Şahidi də budur ki, ibni İshaq, Ayişəni o şəxslərin arasında qeyd etmişdir ki, İslamın ilk günlərində müsəlman olmuşdurlar.

O deyir: Ayişə bu zaman kiçik idi və on səkkiz nəfərdən sonra müsəlman oldu; yəni on doqquzuncu şəxsdir ki, müsəlmançılığı qəbul etmişdir. Əgər misal üçün onun yaşını besət vaxtı yeddi yaş olduğunu götürsək, bu zaman izdivac etdiyi vaxt on yeddi hicrət zamanı isə iyirmi yaşı olmuşdur.

Yalnız bu halda desinlər ki: Müsəlman olduğu vaxt yeddi yaşdan aşağı olmuşdur, bəs bu zaman süd əmər bir uşaq olmuşdur! (Bax: Sepehri, Məhəmməd, Sirət Cavidanə, cild 1, səh 414. Pəjuheşqahe fərhənge əndişeye İslami, Tehran birinci çap, 1384 hicri şəmsi. Ərəbi, Hüseyn Əli, Tarixe təhqiqe İslami, cild 2, səh 216, İmam Xumeyni müəssisəsi, Qum, dördüncü çap, 1383, hicri şəmsi.

[3] - Şiğar nikahı odur ki, iki nəfər qızın və ya bacısın bir- birinin əqdinə keçirirdi, bu şərtlə ki, heç biri kəbin və ya mehriyyə vermirdilər. Bu cür nikah İslamda qadağan olundu. O cür ki, Allahın Rəsulu buyurur:

«لا شغار فى الاسلام»

və bu cahillik adıt- ənənələrindən idi.

[4] - Şeyx Səduq, Xisal, səh 404.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930