Qız övladlarımızı zəngin imansız biri iləmi evləndirək, yoxsa imanlı kasıb biri iləmi?
Mьəllif: admin1
Tarix: 8-03-2021, 10:35
Qız övladlarımızı zəngin imansız biri iləmi evləndirək, yoxsa imanlı kasıb biri iləmi?
Gününmüzdə ən aktual problemlərdən biri də budur ki, müsəlman cəmiyyətində öz qızlarını varlı-hallı biri ilə evləndirmək istəyirlər.

Oğlanın imanına, təqvasına və əxlaqına fikir vermirlər, yalnız və yalnız maddi imkanı olsun kifayətdir deyirlər. Amma görürük islam dini bunun əksini tövsiyə edir bizlərə.

Biz tarixdə bunun nümunəsini çox görmüşük ki, onlardan biri nümunə olaraq budur: Peyğəmbərin (s) əziz qızı Hz. Fatiməyə (s.ə) çox sayda zəngin insanlar elçilik edirdi, amma Peyğəmbər (s) onların hər birinə “Allahın iznindən asılıdır” cavabını verirdi.

Çünki Peyğəmbər (s) qızı üçün elə bir həyat yoldaşı istəyirdi ki, gərək o, tam Allahın razı olduğu bir insan olaydı və bu sifətlərə malik olmuş olsun: iman, təqva, elm, bilik, dünyagörüş, nəciblik və əsil-nəsəb baxımından misilsiz olsun.

Lakin biz buna şahidik ki, o zaman Əlinin (ə) varı-yoxu yalnız qılıncı və zirehli paltarı idi. Onların bir hissəsini sataraq Hz. Fatimə ilə (s) ailə həyatı qurdu.

Gərək bizim müsəlman cəmiyyəti Peyğəmbərdən (s) və Məsum İmamlardan (ə) örnək götürərək insanların maddi cəhətdən zənginliyinə yox, iman, təqva, əxlaq və elminə önəm versinlər. Unutmayaq ki, maddi zənginlik müvəqqətidir, amma mənəvi zənginlik əbədidir.

İmam Sadiq (ə) və İmam Məhəmməd Baqirdən (ə) nəql olunur ki, bir nəfər Rəsuli-Əkrəmin (s) hüzuruna gəlib evlənmək üçün məşvərət etdı. Həzrət ona belə yol göstərdi: “Get evlən, amma həyat yoldaşının yalnız təqva və dindarlığını nəzərə al” ( “Kafi”, 5-ci cild, səh.332).

Bu hədisdə, gördüyümüz kimi, həzrət həyat yoldaşının təqva, iman və dindarlığını evlənmənin əsas şərti kimi təqdim edir. Çünki bu iki şərt mövcud olmazsa, həyat yoldaşı xoşbəxtliyi, ruhunun aramlıq səbəbi ola bilməz.

Ramin Əli

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930