Süd verən dayənin uşağın tərbiyəsinə təsiri var
Mьəllif: admin1
Tarix: 23-07-2019, 12:48
Süd verən dayənin uşağın tərbiyəsinə təsiri var
Övladın qidalanması onun cisminə təsir qoyduğu kimi, ruhuna da təsir qoyur. Ona görə də içdiyi südün vasitəsilə həmin qadının yaxşı və pis sifətləri körpəyə ötürülür.

Bu səbəbdən dinimiz buyurur ki, süd vermək üçün əgər dayə tutsanız, gərək bəzi şərtlərə diqqət göstərəsiniz.

Həzrət Peyğəmbər (s) buyurur: “Ağlı az olan, zəif və gözünün suyu axan qadınları dayə tutmayın. Çünki süd təsir göstərir”.

İmam Əli (ə) buyurur: “Körpələrinizi dəli və pis əməl sahibi olan qadınların süd verməsindən uzaq saxlayın. Çünki südün təsiri vardır”.

İmam Sadiq (ə) buyurur: “Övladına süd verməsi üçün zərdüştü qadını dayə tutma. Ancaq yəhudi və xristian qadının eybi yoxdur. Bir şərtlə ki, şərab içməsin və bu əməldən çəkindirilsin”.

Bu səbəbdən valideynlər gərək övladlarının körpə zamanı qidalanmasına xüsusi diqqət göstərsinlər. Çünki ana südü qida olduğu kimi, həm də insanın yaxşı və pis sifətlərini ötürən bir vasitədir. Bu vasitənin yaxşı olması üçün çalışın.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930