Fədakarlıq nədir?
Mьəllif: admin1
Tarix: 6-05-2022, 23:27
Fədakarlıq nədir?
Məkarim əxlaq, əslində fitri olaraq hər bir insanda mövcuddur. Fitrətin üzərində olan qabarı kənara çəkmək kifayətdir ki, bu gözəl nemət üzə çıxsın.

O zaman ki, bəşər məkarim əxlaqı dərk etdi, onun dəyərini başa düşdü. Ancaq məkarim əxlaqı dərk edə bilməyən ağıllar da vardır. Misal üçün başqasına yardım etmək – məkarim əxlaqdandır.

Hər kəs bunu ən yaxşı əməl kimi qəbul edir. Ancaq o zaman ki, söhbət fədakarlıqdan düşür, o zaman bu məkarim əxlaqı hər kəs dərk edə bilmir.

Fədakarlıq odur ki, bir şeyə özünün ehtiyacın olduğu halda, həmin şeyi başqasına verəsən. Ancaq bu əməli hər kəs dərk edə bilmir. Çünki məkarim əxlaq, insan ağlının dərk səviyyəsindən də yüksək həddədir. Hər ağıl onun dəyərini dərk edə bilməz.

Ramazan ayı – məkarim əxlaq üçün ən yaxşı fürsətlərdəndir. Onu əldən verməyək və Peyğəmbərin (s) bizə miras qoyduğu bu sifətdən faydalanaq.

Həzrət Peyğəmbər (s) buyurur: “Bəndə öz gözəl əxlaqı ilə oruc tutub namaz qılanın dərəcəsinə çatar”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930