“Bu səs hamını qabağa tərəf hərəkət etdirər və məkarim əxlaqı dirildər” - Ayətullah Safi
Mьəllif: admin1
Tarix: 10-10-2017, 09:59
“Bu səs hamını qabağa tərəf hərəkət etdirər və məkarim əxlaqı dirildər” - Ayətullah Safi
Ayətullah Safi Gülpayiqani buyurur: “Həzrət Seyyidi-şühəda (ə) qiyamı misilsiz hadisələrdən biridir ki, 14 əsrdən sonra belə onun əzəmət və əhəmiyyəti hələ də aşkar edilməmişdir.
Təcəlli etdiyi nuru hələ də sönməmişdir, nuru davamlı olaraq parlamaqdadır. Bəşəri azadlığa tərəf hidayət edən, izzəti-nəfs, fədakarlıq, Allah, əqidə yolunda cihad edən, şirkə və batilə müqavimət göstərən nurdur.
O zaman ki, İslam dini küfr və şirkin, Bəni-Üməyyənin zülmünün sayəsində əl-ayaq vururdu, bu hal bütün möminləri nigaran və narahat edirdi. Allahın əhkamı, dinin sünnəti tapdalanmış, Yezidin (lən) hökuməti İslamın qəlbinə böyük zərbə vurmuşdu. Böyük rəhbər, İlahi müəllim, Əhli-Beytindən (ə) 70 nəfərlə birlikdə qiyam etdi. Malını, canını, övladlarını ixlas sinisinə qoyub, Allahın dininə tərəf tələsdi.
Allahpərəstlərə və azadlıq istəyənlərə dərslər verdi ki, aqilləri mat və məəttəl qoydu. İmamın (ə) verdiyi dərslər qəhrəmancasına fədakarlıq, özündən xalis şəkildə keçmək, möhkəm və əzmli qərarlar verməkdir.
Bu qiyam və fədakarlıq hər sahədə bəşər üçün ibrətlərlə doludur.
Əllamə Kəbir Şeyx Muhəmmədhüseyn Kaşəful-ğitanın buyurduğu kimi, aqillər onun qarşısında əzəmət mehrabında təvazökar alınlarını ədəb torpağına qoymuşdular.
Bu gün də misilsiz qiyamın sədası hələ də yüksəlməkdədir. Bu səs hamını qabağa tərəf hərəkət etdirər və məkarim əxlaqı dirildər.
Əgər Aşura günü küfr və zülm ordusu əllərini qulaqlarına qoymuşdular ki, Hüseynin (ə) səsini eşitməsinlər, bizim dünyamızda, bu gündə, sabahda, şərqdə və qərbdə bu səs hamının qulağına çatır. Hamı İmam Hüseyn (ə) qarşısında təvazökarlıqlarını göstərir, göz yaşı tökür və ruhiyyə alırlar.
Hüseynin (ə) səsi – haqqın səsidir. Varlıq aləminin səsidir. Haqqın batilə qalib gəlməsi səsidir. Zülmü inkar etməyin səsidir. Qurani-Məcidin səsidir”.
Allah Təala bizləri bu səsi eşidənlərdən qərar versin.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930