İsrail Livana girərsə onu yox edərik – Seyyid Nəsrullah
Mьəllif: admin1
Tarix: 3-05-2019, 21:28
İsrail Livana girərsə onu yox edərik – Seyyid Nəsrullah
Livanın Hizbullah hərəkatının baş katibi Seyyid Həsən Nəsrullah "İsrail qüvvələri Livanın cənubuna girərsə dünya xalqı ekranlarda İsrailin yox olmasını izləyəcək" deyə bildirib.

“İslaminSesi” xəbər verir ki, bunu Həsən Nasrullah Hizbullah komandirlərindən Mustafa Bədrəddinin şəhadət ildönümü münasibəti ilə keçirilən mərasimdə bildirib.

Ənsari əməliyyatının uğurlu olması üçün şəhid Bədrəddinin gecə-gündüz səy göstərdiyini bildirən Nasrullah bu əməliyyatın müvəffəqiyyətlə başa çatdığını və sionistlərə ağır zərbə vurulduğunu bildirib.

Hizbullahın Suriyadakı terror təşkilatları ilə mübarizəsinə diqqət çəkən Nasrullah "Hər keçən gün terrorla mübarizə məqsədi ilə Suriyaya girməyimizin necə doğru olduğunu görünür.

Vaxt keçdikcə daha çox sənədlər və sabiq rəsmilərin, xarici işlər nazirlərin və baş nazirlərin etirafları aşkar olunur. Bu faktlar Hizbullahın yerində və vaxtında lazimi addımları atdığını göstərir.

Suriyada Amerika, İsrail və Səudiyyə Ərəbistan planları yeridilirdi. Hazırda Amerika, Qərb və Ərəb ölkələrinə bağlı yayım təşkilatları birgə siyasət aparırlar. Bu siyasət, sionist rejimin Hizbullaha qarşı savaş açması ehtimalını gündəmdə saxlamaqdır.

Həqiqət budur ki, xəbərlərdəki bu şişirtmələr sadəcə psixoloji müharibədir. Onlar Livan müqavimətinin raketlərindən qorxurlar. Livan güclü bir ölkədir. Ümumiyyətlə bu ölkənin xalqının Qərb ilə bağlı güclərin psixoloji müharibəsindən təsir etməsinə imkan verməməlidir.

Heç kəs İsrail rejiminin Livana mümkün hərbi təcavüzündən qorxmamalıdır. İsrail müharibə istəyirsə, buyursun gəlsin, deyəcək bir şey yoxdur. Təl-Əvivə onların qələbə vaxtlarının sona çatdığını deyirik.

Hazırda İsrail işğalçılarına qarşı müqavimətin güclərindən tam olaraq bəhs etməyi düşünmürəm. Amma dürüst və qərarlı bir şəkildə sizə bu sözü verirəm ki, əgər İsrail ordusunun əsgərləri və briqadaları cənuba girərsə, dünya televiziyalarının kameraları önündə məhv ediləcəklər". deyə bildirib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930