Seyid Həsən Nəsrullah: “ABŞ İŞİD-in ömrünü uzatmağa çalışır”
Mьəllif: admin1
Tarix: 27-08-2018, 13:38
Bцlmə: Xəbərlər
Seyid Həsən Nəsrullah: “ABŞ İŞİD-in ömrünü uzatmağa çalışır”
Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Livanın terrorizmdən azad olmasının birinci ildönümü münasibətilə televiziya ilə çıxış edərək, qələbənin ordu, xalq və müqavimət arasındakı əməkdaşlıq nəticəsində əldə olunduğunu bildirib.

Deyerler.org Təsnimə istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah Livanın şərq təpələrinin terrorçulardan azad edilməsinin xalqın, ordunun və müqavimətin bayramı olduğunu deyib və bunu “İkinci qurtuluş bayramı” adlandırıb.

“Suriyada baş verməkdə olan hadisədən sonra, Livanın hər yeri, xüsusilə də Bəkaa bölgəsi bir sıra təhlükələrlə üzləşdi”, - deyə Seyid Həsən Nəsrullah bildirib.

Daha sonra Seyid Həsən Nəsrullah, livanlı gənclərin müqavimətə qoşulmaq barədə istəklərinə işarə edərək, belə danışıb: “İsrail rejiminin ordusu bu gün insan gücü məsələsində həqiqi bir böhranla üzləşmişdir və gəncləri təşviq edə biləcək gücləri yoxdur”.

Hizbullahın lideri, həmçinin ötən il 44 min sionist əsgərin psixoloji xəstəliklərə yoluxduğunu bildirib: “Biz keçən illərdə böyük təcrübə qazanmışıq və kəndləri, kənd təsərrüfatı ərazilərini və Suriya ilə olan bütün sərhədlərimizi terrorçulardan azad edilməsinə nail olmuşuq. Biz İsrail rejiminin imkanlarını genişləndirdiyini bilirik, ancaq buna baxmayaraq, məğlubiyyətdən qaça bilməyəcəklər. Sionist rejimin strateji məsələlər üzrə ekspertləri hesab edir ki, İsrail rejiminin ordusunun yeni bir müharibəyə girməyə gücü yoxdur, onlar 2006-cı ildən etibarən məğlubiyyət hissindən xilas olmayıblar”.

Seyid Həsən Nəsrullah Livan ordusunun siyasətçilərin qərar verməkdə tərəddüdlərinə baxmayaraq, terrorizmə qarşı cəbhə xəttində yer aldığını, bu yolda fədakarlıq etdiyini və xeyli sayda şəhid verdiyini bildirib: “İkinci qurtuluş bayramı bizim ordu, xalq və müqavimət arasında qızıl dəyərindəki balansa bağlılığımızın yeni bir nəticəsidir. Xalqımızın iradəsi və müdafiə xəttinə qoşulması göstərdi ki, işğalçıların və ya müdaxiləçilərin Livanda yeri yoxdur. Amerika Livan ordusunun ölkənin şərq təpələrində İŞİD-ə qarşı müharibəyə qoşulmasına mane olmağa çalışdı və Livan ordusunun İŞİD-ə qarşı müharibədə iştirak etdiyi təqdirdə, orduya verdiyi dəstəyi kəsəcəyi ilə hədələdi”.

Seyid Həsən Nəsrullah Suriyada İŞİD-i məğlubiyyətə məruz qoyanların da amerikalılar olmadığını deyib. O, əksinə onların terrorçu qruplarla birgə döyüşdüklərini bildirib: “Suriyadakı bir bölgədə İŞİD-i hər dəfə mühasirəyə aldıqda, ABŞ helikopterləri onları xilas etmək üçün hərəkətə keçdi. Amerika İŞİD-i məğlub etməsi barədə yalan danışır, çünki həmişə bu terror təşkilatının ömrünü uzatmaq üçün çalışdı. Suriyanın cənubundakı terrorçu qruplar İordaniyadakı Əl-Muk əməliyyat otağından idarə olunurdu. Amerika bu gün dünyada heç bir razılaşmaya malik deyil və bu ölkə müttəfiqlərini bir vasitə kimi görür. Əl-Muk əməliyyat otağının Suriyanın cənubundakı terrorçu qrupları öz talelərinə buraxması da, Amerikaya etibar etməməklə bağlı böyük bir mesaj daşıyır. Amerika müttəfiqlərinin məqsədlərinə nail olduqlarını görəndə, onlara qaçmağa imkan vermir. Kürdlər Amerikanın hər an onları satacağını bilməlidirlər. Əldə olunan məlumatlar İdlibdə yeni bir kimyəvi hücum aktının keçiriləcəyini göstərir. Qərb Suriyanı hədəfə alan yeni bir kimyəvi hücum aktına hazırlaşır və eyni zamanda yəmənli uşaqlara qarşı törədilən cinayətlər qarşısında susur. Heç kəs Məhəmməd bin Salmanın Ərəbistanı və əziz Səudiyyə xalqını da hansı uçuruma aparacağını bilmir”.

Seyid Həsən Nəsrullah çıxışını belə davam etdirib: “Bizim Livanın prezidenti Mişel Aun ilə əlaqəmiz hörmət və qarşılıqlı etimada söykənir və heç bir tərəf digərinə hər hansı bir inadkarlıq etmir. Biz hökumətin qurulması mövzusunda daxili müzakirələri gözləyirik, ancaq vaxt məhduddur və bu səbəbdən hökumətin qurulması məsələsində yeni qruplar yaradılmamalıdır. Mişel Aunun prezident seçilməsindən etibarən bəzi daxili və xarici dairələrdə onun Hizbullahın siyasətinin icraçısı olduğu və Hizbullahın siyasətlərini tətbiq etdiyi bildirilir. Bu sözləri danışanlar özləri də yalan danışdıqlarından xəbərsizdir”.



Hizbullahın lideri yekunda Suriya ilə münasibətləri yeni hökumətin qurulmasında qiymətləndirəcəklərini bildirib.



Deyerler.Org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930