Nə vaxt ümidli olmaq lazımdır? Nə vaxt ümid insana ziyan verər?
Mьəllif: admin1
Tarix: 29-04-2019, 21:45
Nə vaxt ümidli olmaq lazımdır? Nə vaxt ümid insana ziyan verər?
Ümid yəni, rəca – qəlbin gözləntilərinə görə insanın rahat olmasına deyilir. Əlbəttə ki, bu intizar üçün bütün amillər hazır olmalıdır. Əgər bu amillər hazır olmazsa, bu hala arzu deyərlər, ümid deyil.

Ümidli olmağın dəyərləri ilə tanış olaq:

1. AllahTəala Quranda buyurur ki, bəndəsi daima Ona ümid bəsləməlidir. Ümidsizlik isə həmişə məzəmmət olunmuş əməl hesab olunmuşdur. “Onu qorxu və ümidlə çağırın ki, həqiqətən Allahın rəhməti yaxşılara və yaxşılıq edənlərə yaxındır”. (“Əraf” 56)

2. Allah Təala Öz Peyğəmbərinə (s) xitab edərək buyurur: “Əməl edənlər (möminlər) Mənim savabımı əldə etmək üçün yerinə yetirdiklərinə söykənməsinlər.

Əgər bütün ömürləri Mənə ibadətlə keçərsə və zəhmət çəksələr – yenə də səhlankarlıq etmiş olarlar. Behişt nemətlərimi axtarsalar – çatmayacaqlar. Mənim rəhmətimə etimad etməlidirlər. Bəxşişlərimə ümid bəsləməlidirlər”.


3. Qurani-Kərimdə və hədislərdə oxuyuruq ki, mələklər və peyğəmbərlər (ə) Uca Allahdan davamlı olaraq möminlər üçün bağışlanma istəyirlər. Bunun özü, İlahi rəhmətə ümid bəsləməyə səbəb olar.

“Və mələklər Rəbblərinə şükür etməklə birlikdə, həmişə Onu (hər bir nöqsan və eyibdən) pak və müqəddəs bilir və yer üzündə olan kəslər üçün bağışlanma diləyirlər. Bil ki, həqiqətən bağışlayan və mehriban məhz Allahdır”.
(“Şura” 5).

4. Allahın rəhməti və bağışlaması – sonsuzdur. “Onlardan qabaq (keçmiş ümmətlərə) ibrətamiz bəlaların (gəlib) keçmiş olduğu(nu bildikləri) halda, onlar səndən rəhmət (tələbin)dən qabaq, əzab(ın nazil olmasın)a tələsməyini istəyirlər.

Həqiqətən sənin Rəbbin insanların zülmlərinə baxmayaraq, onlara qarşı (böyük bir) bağışlama sahibidir və əlbəttə, Rəbbin (əzaba layiq olanlara) şiddətli cəza verəndir”.
(“Rəd” 6).

Bəs ümidvarlığın ziyanları varmı? Bəzi hallarda var. Onlarla tanış olaq.

1. Əməl etmədən ümid etmək. Ümidin ziyanlarından biri – yanlış ümiddir. Yəni, insan Allahın buyurduqlarına əməl etmədən və qadağalarından çəkinmədən ümid bəsləyər.

2. İnsan Allahın qəzəbindən özünü amanda sayar. Ümiddə həddi aşmaq insanı Allahın qəzəbindən qorumaz. Günah edib, özünü Allahın rəhmətində bilmək – rəzil sifətlərdəndir ki, insana şeytan (lən) təlqin edər.

“Belə isə, məgər Allahın məkrindən və qəfil əzabından xatircəmdirlər? Halbuki, ziyana uğramış dəstədən başqa heç kəs özünü Allahın məkrindən amanda bilmir”. (“Əraf” 99).

Allah Təala bizləri düzgün ümid bəsləyənlərdən qərar versin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930