Bizim aqibətimiz necə olacaqdır?
Mьəllif: admin1
Tarix: 25-04-2023, 11:19
Bizim aqibətimiz necə olacaqdır?
Allahım, dadıma çat!

Allahım, qəlbimdəki sirri gizlətmək çətindir, dilə gətirmək isə ondan da çətindir.

Allahım, necə susum ki, qəlbim qaynamaqdadır?!

Necə danışım ki, ağlım bihuş olmuşdur?!

Allahım, biz hamımız çarəsizik və bizim tək çarəmiz Sənsən. Bizim əlimizdən heç bir iş gəlmir, ancaq Sən hər şeyə Qadirsən.

Allahım, vay olsun mənə, əgər elmim məni yolumdan azdırarsa və Kitabın mənimlə Sənin aranda hicab olarsa!

Allahım! Sənə necə deyim ki, Səni tanımıram, axı çox yaxşı tanıyıram. Necə deyim ki, tanıyıram, axı bəzən tanımıram.

Allahım! Bizim aqibətimiz necə olacaqdır?!

Allahım! Səndən heç nə istəmirəm, sadəcə qəlbimin sağlam və səlim olmasını istəyirəm. Çünki ancaq səlim qəlblə Sənin qarşına alnıaçıq çıxa bilərəm. Əks halda vay olsun mənə!

Allahım! Dünyanın giriftarlıqlarında əlimdən tutduğun kimi, can verən zaman, qəbirdə və Qiyamət günü də əlimi buraxma. Məni tək və öz başıma qoyma. Axı mən – Sənin bəndənəm. Axı mənim Səndən başqa heç kəsim yoxdur...

Ya Rəbb! Günahlarım o qədər çoxdur ki, artıq belim əyilib və yeriyə bilmirəm. Məni bağışlamamış bu dünyadan aparma. Məni bu yüklə qəbul etmə.

Allahım, Öz əfvini mənə inayət et və bu günahlarımı bağışla, məni bu yükdən azad et. Çünki Sən – bağışlayanların bağışlayanısan. Çünki Sən, bizə qarşı valideynimizdən də mehribansan.

Allahım yaxşı ki, varsan və yaxşı ki, bizləri yaratmısan!

Allahım yaxşı ki, bizləri müsəlman olaraq dünyaya gətirmisən. Bu dünyada bizi mömin kimi yaşat, mömin kimi öldür və Qiyamət günü mömin kimi məhşur et! Amin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031