Xəstə olan zaman belə dua edək – İmam Səccaddan (ə) öyrənək
Mьəllif: admin1
Tarix: 6-05-2022, 11:40
Xəstə olan zaman belə dua edək – İmam Səccaddan (ə) öyrənək
Əziz İmam Səccaddan (ə) xəstə olan zaman necə dua etməyi öyrənək.

İmam Səccad (ə) buyurur: “Allahım! Bədənimin sağlamlığına görə ki, davamlı olaraq ona görə işlərimi görə bilirdim, sənə şükür edirəm. Bədənimə düçar etdiyin bu xəstəliyə görə sənə həmd edirəm.

İndi, ey mənim Allahım, bu iki haldan hansının Sənə şükür etmək üçün daha layiqli olduğunu bilmirəm. Bu iki vaxtdan hansı birinin Sənə həmd etmək üçün layiqli olduğunu bilmirəm.

Bədənim sağlam olanda Öz pak ruzilərini mənə xoş etmişdin. Mənə onlarla Sənin fəzl və razılığını axtarmaq üçün sevinc bəxş etmişdin.

Onlardan faydalanaraq, itaətlərim üçün güclü etmişdin. (Hansı daha yaxşıdır? O zaman ki, sağlam idim...).

Yoxsa o zaman ki, xəstəliklə məni imtahana çəkmisən? Mənə elə nemətlər vermisən ki, onların vasitəsilə belimi ağırlaşdıran günahlarım yüngülləşmişdir. O günahlardan paklanmaq mənbəyi olmuşdur ki, ona qərq olmuşam.

Bu xəstəlik müddətində əməlimi yazanlar o qədər pak əməllər yazmışdılar ki, nə qəlbə nazil olmuşdur və nə də dildə deyilmişdir.

Bütün bunlar Sənin mənə fəzlindəndir. Mənə ehsan və yaxşılıqları rəva etmisən.

Pərvərdigara! Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər. O şeyi ki, mənim üçün istəyirsən – məni onunla məhbub et.

Mənə düçar etdiyini, mənim üçün asan və xoş et. Məni əvvəllər yerinə yetirdiyim çirkinliklərdən pak et və qabaqcadan göndərdiyim pislikləri aradan apar. Sağlamlığın şirinliyini mənə daddır.

Sənin yaxşılıqların aşıb-daşmaqdadır. Minnət əlini hamı üçün açmısan, ey Bağışlayan, Cəlal və İkram sahibi!”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930