İzzətlə olan zəhmət, yoxsa zillətlə olan zənginlik?
Mьəllif: admin1
Tarix: 24-04-2019, 23:55
İzzətlə olan zəhmət, yoxsa zillətlə olan zənginlik?
İki qardaş vardı ki, onlardan biri şaha xidmət edirdi. Həyatı xoş keçirdi. Ancaq o biri qardaşı öz əlinin zəhməti ilə qazancını əldə edir və əziyyət içində yaşayırdı.

Bir gün zəngin olan qardaşı zəhmətkeş qardaşına deyir: “Niyə şaha xidmət etmirsən ki, bu qədər əziyyətdən xilas olasan?”.

Zəhmətkeş qardaşı deyir: “Bəs sən niyə zəhmət çəkmirsən ki, şaha xidmət etməyin zillətindən nicat tapasan?”.

Aqillər deyir: “Zəhmətlə öz çörəyini yemək, şaha xidmət üçün belinə qızıl kəmər taxmaqdan daha yaxşıdır”.




/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031