Aldığın qədər zəhmət çəkməlisən
Mьəllif: admin1
Tarix: 16-11-2016, 10:55
Aldığın qədər zəhmət çəkməlisən

Həqiqətən, möminlər nicat tapmışlar!
Təbriz alimlərindən biri Məhəmmədhəsən Nəcəfinin (məşhur “Cəvahir” kitabının müəllifi) təqlid mərcəsi olduğu zamanda Nəcəfə gəlmişdi. O təqlid mərcəsini (Nəcəfini) görən kimi dedi: Mən bu müctehidi tələbəlik dövründən tanıyıram. Bir gün əlimdə olan şəri ödənci tələbələr arasında paylamaq istəyirdim. Hesabladım gördüm ki, hər tələbəyə bir tümən məbləğində pul düşür. Onu tələbələr arasında paylamağa başladım. Məhəmmədhəsənə çatanda dedim ki, buyurun, bu da sizin payınızdır. O dedi: Mən bu pulu ala bilmərəm. Səbəbini soruşduqda dedi: Bu gün üçün mənə cəmi iki riyal lazımdır. Digər günlər üçün də şəri hüquqdan bir şey götürə bilmərəm. Çünki həmin günlər həyatda olaraq onun əvəzində bir xidmət göstərə biləcəyim məlum deyil. Mən məcbur olub bir tümənliyi xırdaladım və Məhəmmədhəsən o puldan cəmi iki riyal götürdü. O zaman iki riyal bir günün xərci üçün həddindən artıq az idi.

“Həqiqətən, möminlər nicat tapmışlar!... O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar”. (“Mominun ” surəsi, ayə 1 və 8)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031