Din aliminin şaha şücaətli cavabı
Mьəllif: admin1
Tarix: 13-02-2018, 10:26
Din aliminin şaha şücaətli cavabı
Əllamə Məclisi, Şeyx Hürrün İsfahandakı iqaməti zamanında onu İsfahanın görməli yerlərinə, o cümlədən sarayı görməyə aparır. Şeyx Hürrün padşah ilə görüş səhnəsi tarixin unudulmaz səhnələrindəndir.

Şeyx Hürr, Süleyman şahın məclisində icazəsiz olaraq məclisin yuxarı hissəsində və şaha yaxın olan yerdə əyləşir. Belə ki, onunla şah arasında ancaq bir mütəkkə fasilə var idi.

Şah üzünü Şeyxə çevirib deyir: “Mənə deyiblər ki, sən ərəblərin böyük alimlərindən olan Muhəmməd ibni Həsən Hürr Amilisən. İndi mənə de görüm, azadla uzunqulaq (hürr ilə xər arasında) arasındakı fasilə nə qədərdir?”.

Şeyx zalımların bu üslubunu yaxşı bildiyi üçün, onun bu təhqirinə belə cavab verir: “Bir mütəkkə qədər”.

Bu şücaətli sözlərdən sonra Şeyx, Əllamə Məclisinin müşayiəti ilə məclisi tərk edir və saraydan çıxır”.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031