Alimin qəbirdən eşitdiyi xəbərdarlıq
Mьəllif: admin1
Tarix: 28-01-2017, 23:56
Alimin qəbirdən eşitdiyi xəbərdarlıq
Məclisi Molla Muhəmmədtəqi nəql edir: “Bir gün müəllimim Şeyx Bəhayi ilə Baba Roknələddinin İsfahan şəhərində olan qəbrini ziyarət etməyə getmişdik. Anidən Şeyx qəbirdən səs eşitdi və üzünü mənə çevirib buyurdu: “Bu səsi eşitdinmi?”.
Dedim: “Xeyr”.

Şeyx ağlamağa başladı. Mən çox təkid etdim ki, nə səs eşitdiyini mənə söyləsin. Nəhayət buyurdu: “Mənə xəbərdarlıq etdi ki, ölümüm yaxındır və gərək axirət səfərinə hazırlaşam”.

Bu hadisədən altı ay sonra Şeyx Bəhayi dünyasını dəyişdi.

Muhəddisi Qumi yazır: “Şeyxin eşitdiyi cümlə bu idi: “Şeyx! Özünü düşün!””.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930