İman nə vaxt nicatvericidir?
Mьəllif: admin1
Tarix: 30-03-2019, 23:30
İman nə vaxt nicatvericidir?
Maraqlıdır ki, iman necə əldə olunur? Bəziləri belə hesab edirlər ki, iman yalnız inanmaqdan ibarətdir. Guya Allaha inanan insan bütün günahlara batsa belə, behiştə gedəsidir.

Bu fikirdə olanlar Mürciə adı ilə məşhurdur. Xəvaric adlanan digər bir qrup isə bu fikirdədir ki, böyük günaha yol verən mömin kafir olur. Əli (ə) məşdur həkəmiyyət məsələsini qəbul etdiyi üçün xəvaric o Həzrəti (ə) və onun tərəfdarlarının qətli barədə hökm çıxarmışdılar.

Amma Əhli-beyt (ə) imamlarının nəzərincə bu baxışların heç biri düzgün deyil. Yəni insan nə təkcə qəlbindəki imanla behiştə gedə bilər, nə də bir böyük günaha yol verməklə imandan xaric olar.

Bəli, ömrünün son nəfəsinədək imanını qorumuş şəxs qiyamət səhnəsində günahlarının cəzasını aldıqdan sonra şəfaətə nail olarsa behiştə gedə bilər. İnsan son nəfəsədək imanını qoruya bilsə nicatverici qüvvəyə malik olan iman onu xilas edə bilər.

Amma unutmaq olmaz ki, insan hər dəfə günah etdikdə onun imanı zəifləyir və dünyadan imanlı getmək ehtimalı azalır:«Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu»(«Rum» surəsi, ayə 10.).

Əhli-beytin (ə) nəzərincə, Allah-təala böyük günaha yol vermiş möminə tövbə üçün möhlət verir. Tövbə etməyən mömin bərzəx dünyasında günahı qədər cəzalandırılır, imanını qoruya bilmişsə, qiyamətdə nicat tapır.

İslamla imanın fərqləri

Deyilənlərdən aydın oldu ki, şərti olaraq İslam adlandırdığımız zahiri iman şərti olaraq iman adlandırdığımız həqiqi imandan tamamilə fərqli bir məfhumdur.

Zahiri İslamın axirət səadətinə heç bir təsiri yoxdur. Bununla belə, zahirdə də müsəlman dini əsasları və zərurətləri təsdiq etməlidir. Axirəti, namazı inkar edən şəxs heç zahiri müsəlman sayıla bilməz.

Təkcə kəlmeyi-şəhadət deməklə müsəlman olmaq yanlış təsəvvürdür. İslamın başlanğıcındakı adi müsəlmanlar axirət inamının zəruri olduğunu bilirdilərsə, bu günkü müsəlmanlar belə mühüm bir inancdan xəbərsiz ola bilərlərmi?!

Əgər zahiri müsəlmanlıq batini kafirliklə birləşərsə əbədi əzab qaçılmazdır. Zahirdə İslamın bütün əsasları və zərurətlərini təsdiq edib, batində bütün bunlara düşmən kəsilənlər az deyildir.

Demək, cəmiyyətdə saleh bir müsəlman kimi tanınmış şəxsin qəlbində damlaca iman olmaya da bilər. Əlbəttə ki, kimin müsəlman, kimin qeyri-müsəlman olmasını müəyyənləşdirmək fəqihlərin işidir.

İslamın elə mərtəbələri də vardır ki, hətta peyğəmbərlər bu mərtəbələrə çatmaq üçün Allaha dua etmişlər. Həzrət İbrahim və həzrət İsmail Kəbəni tikərkən belə dua etmişdilər: «Ey Rəbbimiz, bizim hər ikimizi müsəlman qərar ver»(«Bəqərə» surəsi, ayə 128.). Ayədə İslamın ali mərtəbəsi dedikdə, mütləq təslimolma nəzərdə tutulur.

Eləcə də, təkcə imanı nicatverici hesab edən mürciə baxışı da həqiqətdən uzaqdır. Bir insan dünyadan imanlı getsə də yol verdiyi günahlara görə müxtəlif əzab mərhələlərini keçəcəkdir. Rəvayətlərdə buyurulur ki, mömin öz günahlarına tövbə etmədən dünyasını dəyişərsə ölüm mələyi olun canını əziyyətlə alar.

Əgər bu əziyyətlə günahlar paklanarsa insan bərzəx dünyasında sakit olar. Amma canvermə əziyyəti günahları yumağa kifayət etməsə birinci qəbir gecəsi ağır keçər.

Əgər bu əzab da kifayət olmasa günahlar yuyulanadək bərzəx aləmində əziyyət davam edər. Mümkündür ki, bərzəx aləminin əziyyətləri də günahların paklanması üçün kifayət etməsin.

Belə olduğu təqdirdə günahkar insanı qiyamət səhnəsinin məşəqqətləri gözləyir. Amma bu mərhələlərin istənilən birində ləyaqətli insan şəfaətə nail ola bilər.

Başqa sözlə, Əhli-beyt (ə) vasitəsi ilə bağışlana bilər. Rəvayətdə buyurulur ki, məsum imamlar bərzəx aləmində yox, qiyamət səhnəsində öz işlərinə zəmanət verəcəklər.

Demək, mömin kişi bərzəx aləmində uzun illər əzab çəkə bilər. Allaha pənah aparaq! Şəfaətə nail olmaq o demək deyil ki, insan dünyasını dəyişən kimi bağışlanacaqdır.

Şəfaətin də mərhələləri vardır və ən təsirli şəfaət qiyamət gününə məxsusdur; qiyamət gününə qədər günahları təmizlənməyən insan cəhənnəmə gedəcəkdir. Elə bu səbəbdən də Əhli-beyt buyuruqları gəncləri «mürciə» düşüncə tərzindən uzaq olmağa çağırır. Bu düşüncə tərzi insanları yuxuya verərək onları günah bataqlığına çəkir.

İslam dininə belə yanaşma olduqca təhlükəlidir. Ümumiyyətlə, cəzasızlıq insanı cinayətə sövq edir. Onu da qeyd edək ki, təkcə iman gətirmək kifayət olsaydı bu qədər dini göstərişə ehtiyac qalmazdı.

Bu da həqiqətdir ki, bütün insanlar eyni iman səviyyəsinə malik ola bilməzlər. İmanın bir çox mərtəbələri vardır. Əslində bu mərtəbələr sonsuzdur. İki insan eyni bir mərtəbəli imana malik ola bilməzsə, demək bu mərtəbələr çoxdur.

Ən mühüm vəzifə budur ki, insan zahiri müsəlmanlıqla kifayətlənməyib həqiqi iman üçün çalışsın. Atadan irs aparmaq, müsəlmanlıq səbəbindən pak olmaq və bir çox başqa xüsusiyyətlər bu dünyanın zahiri hökmləridir.

Axirət səadəti üçünsə qəlb imanı zəruridir. İnsan çatdığı iman mərtəbəsi ilə kifayətlənməməli, kamil insan olmaq üçün çalışmalıdır. İman bəzən güclənib bəzən də zəifləyə bilər. Güclü iman özünü əməldə büruzə verir.

Kitabın adı: Sadiq yol axtaranlar üçün İmam Sadiqin (ə) nəsihətləri
Müəllif: Ustad Misbah Yəzdi
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031