Səni həyat gözü ilə görmək –ömrümüzün ən böyük arzularından biridir...
Mьəllif: admin1
Tarix: 27-03-2019, 22:15
Səni həyat gözü ilə görmək –ömrümüzün ən böyük arzularından biridir...
Ağacan, haradasan? Sanki qəlbimə yazırsan ki, qəribsən. Səni heç kəs soruşub-axtarmır, ağa! Ancaq belə deyildir.

Çox qəribədir. Əsrlər keçməsinə baxmayaraq, insanların gözü yoldadır, hamı səni gözləyir. Məgər 1200-dən çox il azdırmı? Məgər gəlmək zamanı hələ olmamışdırmı? Axı biz faniyik və səni uzun zaman gözləyə bilmirik?

Səni həyat gözü ilə görmək – ömrümüzün ən böyük arzularından biridir. Bəlkə də ən başlıcasıdır.

Ağacan, bizləri sənsiz qoyma.

Ağacan, bizlərə bir nəzər sal və sənin intizarının xəstəsi olduğumuzu gör və rəhm elə.

Ağacan, keçəcəyin yolları görmək həsrətindəyik. Həyatımızın son anlarında olsa belə, ayaqlarının altında namaz qılmağı arzu edirik.

Məhdican (ə.f)! Gəl, artıq sənin həsrətindən can qalmamışdır, taqət sona çatıbdır. Cavanlığımız gedib, qocalığa doğru hərəkətdəyik. Ancaq sən hələ də gəlməmisən.

Hər dəfə yoldan gələn nurani bir şəxsi görəndə, sən yada düşürsən.

Gəl ki, zülmət dolu qəlblərimizi öz nuraniliyinlə aydınlandırasan.

Gəl ki, göylərdəki buludlar dağılsın və günəş özünü göstərsin.

Sənin yolun – Allahın yoludur. Rəngin – İlahi rəhgdir.

Ey Əmirəl-mömininin (ə) varisi! Zülfüqarın haradadır? Gəl ki, zalımlar Zülfüqarın qüdrətini hiss etsinlər və diz çöksünlər.

Gəl ki, biz məzlumların intiqamı yerdə qalmasın!

Allah sənin fərəcini biz məzlumlara görə tezləşdirsin. Amin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930