Şeytanın Molla Ağacan Zəncaniyə təklifi
Mьəllif: admin1
Tarix: 12-04-2019, 19:01
Şeytanın Molla Ağacan Zəncaniyə təklifi
Böyük arif və əxlaq ustadı Molla Ağacan Zəncani deyir:
Bir gün İmam Hüseynin (ə) böyük oğlu həzrət Əli Əkbərə (ə) təvəssül etmişdim. Bir hacətimin qəbul olması üçün o həzrəti vasitə etmişdim və ürəyim Əli Əkbərə (ə) qarşı məhəbbətlə dolu idi.

Birdən gördüm otağın bir küncündə sanki döşəmə yanır. Həmin yerdən tüstü qalxdı və bu tüstü bir insan həcmində toplandı. Yavaş-yavaş tüstünün yuxarı hissəsində insan başına oxşar bir baş formalaşdı.

Başa düşdüm ki, o şeytanlardan biridir və mənə nəysə demək istəyir. O, dəmiri-dəmirə çəkdikdə çıxan səs kimi bir səs və çox narahatedici bir səslə mənə dedi: - Mən cinlərin böyüklərindən biriyəm.

Bilirəm ki, Əli Əkbərə (ə) olan məhəbbətini ürəyindən çıxara bilməzsən. Amma ona qarşı məhəbbət bəsləmədiyini dildə də desən, mən qəbul edirəm və belə desən, mən sənin qulluğunda olacam.

Ona dedim: - Sən belə düşünürsənsə, deməli müsəlman deyilsən və şeytanlardansan. Ona görə də mənəvi işlərdə mənə kömək edə bilməzsən. Maddi işlərdə isə əgər Yer kürəsinin bütün ixtiyarını mənə versən də mən belə bir cümləni demərəm.

O, bu cavabı eşitdikdən sonra mənim ürəyimi yerindən qoparacaq və məni zəiflədəcək bir nalə çəkədi və yoxa çıxdı.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930