Kor insana şəfa verən altıaylıq körpə
Mьəllif: admin1
Tarix: 18-03-2019, 10:24
Kor insana şəfa verən altıaylıq körpə
Muhəmməd ibni Məymun nəql edir: “İmam Rza (ə) Xorasana getməzdən əvvəl Məkkədə onu ziyarət edə bildim. Ona dedim: “Ey Allah Rəsulunun (s) oğlu! Mədinəyə səfərə çıxıram. Əgər mümkündürsə, mənim üçün bir məktub yaz və məni oğlun İmam Cavada (ə) tanıt”.

İmam (ə) gülümsədi və məktubu yazmağa başladı. O zaman İmam Rzanın (ə) oğlu İmam Muhəmməd Təqi (ə) – 6-aylıq körpə idi. İmam Rza (ə) məktubu mənə verdi.

Mən də Mədinəyə tərəf hərəkət etdim. Nəhayət İmam Rzanın (ə) evinə çatdım. Xidmətçi qapıda dayanmışdı. Ona dedim: “Mənim mövlamı gətir ki, onun camalını görərək, gözlərimi cilalayım və feyz alım”.

Xidmətçi evə daxil oldu və bir müddətdən sonra gəldi. O, imamət nurunu qucağında tutmuşdu. Yaxına getdim və salam verdim.

Körpə mənim salamımın cavabını verdi və buyurdu: “Ey Muhəmməd! Halın necədir?”.

Dedim: “Ey mövlam! Xəstəlik nəticəsində gözlərim görmür”.

Uşaq mənə işarə etdi ki, yaxına gəlim. Ona yaxınlaşıb, atasının məktubunu xidmətçiyə verdim. O, məktubu açdı və körpə məktubu oxudu. Sonra mənə xitab edib, buyurdu: “Daha yaxına gəl”.

Yaxına getdim və körpə kiçik əllərini gözlərimə çəkdi. Mən bu altıaylıq körpənin kəraməti ilə şəfa tapdım. Gözüm görməyə başladı və bir daha göz ağrısı çəkmədim”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930