İmam Zamanın (ə.f) qonaqlığında təam edən mömin
Mьəllif: admin1
Tarix: 2-01-2018, 14:50
İmam Zamanın (ə.f) qonaqlığında təam edən mömin
Məşhur Əhli-Beyt (ə) alimlərindən biri olan Əbu Muhəmməd İsa ibni Məhdi Cövhəri nəql edir: “268-ci ildə eşitmişdim ki, İmam Zaman ağa (ə.f) İraqdan Mədinəyə köçmüşdür. Mən də Həzrəti (ə.f) ziyarət etmək və həcci yerinə yetirmək niyyətilə yola düşdüm.

Mədinəyə gəlib çatdım və dostlarımla görüşdüm. Mənə bir evi göstərib dedilər ki, İmam (ə.f) orada sakin olur. Həmin evin yanına getdim və gözlədim ki, məğrib namazı gəlib çatsın. Namazı qıldım, Allahımla raz-niyaz etdim və dua etdim ki, Mövlamla (ə.f) görüşə bilim.

Bu zaman evdən bir xidmətçi çıxdı və mənə yüksək səslə dedi: “Ey, İsa ibni Məhdi Cövhəri! Evə daxil ol!”.

Mən çox sevindim və Allaha həmd edərək, evə daxil oldum. Mən evə daxil olan zaman böyük bir süfrə açıldığını gördüm və xidmətçi məni süfrənin yanında əyləşdirib, dedi: “Mövlam buyurmuşdur ki, bu yeməklərin hansından istəsən, ye”.

Öz-özümə dedim: “Necə yemək yeyim ki, hələ Mövlamla (ə.f) görüşməmişəm”.

Anidən bir səs eşitdim: “Ey İsa! Bizim yeməklərimizin hansıdan iştahan varsa, ye və məni görəcəksən”.

Süfrəyə baxanda gördüm ki, bütün yeməklər – istədiyim yeməklərdir. Öz-özümə dedim: “Necə mənim daxilimdən agah olub və o şeyi ki, istəyirəm, dilə gətirməzdən əvvəl hazır edibdir?”.

Bu zaman yenə səs eşitdim ki, buyurur: “Ey İsa! Biz Əhli-Beytə (ə) qarşı özündə şəkkə yol vermə, biz hər şeydən agahıq”.

Bu sözləri eşidən zaman ağlamağa başladım və tövbə etdim. Balıq, qatıq və xurma yeməyə başladım. Hər nə qədər yeyirdimsə, azalmırdı.

Ömrümdə bu qədər ləzzətli yemək yeməmişdim. Bir qədər yeyəndən sonra dedim ki, kifayətdir. Bundan artığını yeməyə xəcalət çəkdim.

Yenə səs eşitdim: “Ey İsa! Xəcalət çəkmə və meyil etdiklərindən ye. Bu, behişt yeməyidir. Ona insan əli dəyməmişdir”.

Bir qədər də yedim və dedim: “Ey Mövlam! Kifayətdir, doydum!”.

Səs eşitdim: “İndi bizə tərəf gəl!”.

Ayağa qalxdım və öz-özümə düşündüm ki, əllərimi yumamış Həzrətin (ə.f) yanına necə gedim?

Həzrət (ə.f) buyurdu: “Behişt yeməklərinin təsiri qalmır və yumağa ehtiyac yoxdur”.

Mən otağa tərəf hərəkət etdim və anidən qarşımda nurani və əzəmətli bir insan zahir oldu. Mən Həzrətin (ə.f) əzəmətli olduğunu çox eşitmişdim.

Bu zaman İmam (ə.f) buyurdu: “Nə səbəb olubdur ki, sizin məni görməyə gücünüz yoxdur? Get və dostlarını gördüklərindən xəbərdar et və de ki, bizim barəmizdə şəkk etməsinlər”.

Dedim: “Mənim üçün dua edin ki, sabitqədəm və imanlı qalım”.

Həzrət (ə.f) buyurdu: Əgər sabitqədəm və imanlı olmasaydın, bura gəlməzdin və məni görməzdin””.

Allah Təala bizləri imanda sabitqədəm olanlardan qərar versin!



/Deyerler.org/



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930