Şəhid analarının ağrı-acısını yüngülləşdirən xanım
Mьəllif: admin1
Tarix: 27-02-2023, 10:41
Şəhid analarının ağrı-acısını yüngülləşdirən xanım
Şəhadət – insanlığın ən uca zirvəsidir ki, hər kəsə nəsib olmur. Ancaq o kəslər ki, bu məqama çatmaq ləyaqətini əldə edərlər, qoyub getdikləri insanlar da özləri kimi şir ürəkli olar. Çünki onları məhz bu cür insanlar tərbiyə edib, cəmiyyətə təhvil vermişdir.

Həsən Abdullah adlı yazar nəql edir: “Dostum mənə danışırdı ki, həyat yoldaşının qardaşı şəhid olmuşdur. Həmin xəbər çatan günün sabahısı şəhidin anasını oğlunun cənazəsini görmək üçün aparmaq istəyirdilər. Ananın oğluna olan bağlılığı hamını nigaran etmişdi. Qorxurdular ki, oğlunun cənazəsini görən zaman dərin şok keçirər.

Məni ananı qabaqcadan bu mənzərəni görməyə hazırlamaq üçün vəzifələndirdilər.

Sabahı günü həmin məkana gedən zaman öyrəndik ki, bu şəhid analarına, üç oğlunu şəhid verən şir ürəkli başqa bir ana rəhbərlik edəcəkdir. O, şəhid analarına təskinlik verib, öz övladlarını görməyə hazırlayacaqdı.

Üç oğlunu şəhid verdiyi üçün, həmin bu ananın dediyi hər bir sözü, digər analar hüccət kimi qəbul edirdilər. O, anaları ilk olaraq öz övladlarının məzarının başına apardı və dedi: “Bu üç övladı Allah mənə əta etmişdir.

Hamısını Hüseyn (ə) yolunda fəda etmişəm ki, Həzrət Zeynəbin (s.ə) kənizi olmaq ləyaqətini əldə edə bilim. İndi əgər sən hazırsansa, get oğlunun cənazəsinin başına. Səmaya nəzər sal və de: “Allahım, bu hədiyyəni məndən qəbul et!”.

Əgər hələ hazır deyilsənsə, onda tələsmə. Bu an – həmin andır ki, gərək Allahla ticarət edəsən”.

Ananın bu sözləri qalan şəhid analarının durumlarında toxtaqlığın yaranmasına səbəb oldu. Artıq ağlamır və nalə çəkmirdilər. Özlərini həmin ananın ağuşana atırdılar. Bir qədər ağlayandan sonra, dedilər: “Biz hazırıq””.

“(Onlar) Allahın Öz mərhəmətindən onlara əta etdiyinə şaddırlar və arxalarınca (hələ gəlib) onlara qoşulmamış(hələ şəhid olmamış) kəslərə görə sevinirlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar”. (“Ali-İmran” 170).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930