Ağvalideyn övlad şəhid olsa da, behiştə getmir
Mьəllif: admin1
Tarix: 20-02-2022, 10:43
Ağvalideyn övlad şəhid olsa da, behiştə getmir
Allah yolunda cihad və şəhadət bütün yaxşılıqlardan daha yüksəkdədir. Hədislərdə oxuyuruq ki, aləmdə hər bir yaxşılıqdan daha üstün bir yaxşılıq vardır. Ancaq Allah yolunda cihad və şəhid olmaq – bütün yaxşılıqlardan ən üstünüdür.

Şəhadət – insanlığın ən üstün mərtəbəsidir. Bütün Məsum İmamlar (ə) şəhadət vasitəsilə bu dünyadan gediblər.

Amma şəhadətlə bağlı bir məqam da var ki, bütün şəhidlər behiştlik olmur. Ağvalideyn övlad şəhid olsa da, behiştə getmir. Həzrət Peyğəmbər (s) nəql edir ki, “Bir gün Həzrət Musa (ə) Allaha buyurur: “Allahım, mənim şəhid olmuş dostumun bərzəxdəki halı necədir?”. Allah buyurur: “O, cəhənnəmdədir”. Musa (ə) təəccüblə soruşur: “Allahım, məgər Sən vədə verməmisən ki, şəhid ilk damçı qanı ilə behiştə gedər və günahları yuyular”. Allah cavab verir: “Bəli, ancaq sənin dostun ata və anasını incidirdi. Mən ata və anasına zülm edən kəsin əməlini qəbul etmirəm, hətta şəhid olsa belə””.

Ağvalideyn olmağın dərəcələri vardır və ən pis dərəcəsi odur ki, valideyn övladının vasitəsilə ölər. Peyğəmbər (s) buyurur: “Ağ valideyn olmağın mərtəbəsi vardır və onların ən üstünü odur ki, valideyninin onun vasitəsilə ölməsinə bais olar. Ona görə də insan min rükət müstəhəb namaz qılmaqla bir yerə çıxmaz, ancaq tövbə yolu əgər həqiqi tövbə olarsa açıqdır”.

Atanın haqqı barədə dinimizin dəqiq buyurşları vardır. İmam Səccad (ə) buyurur: “Ancaq atanın haqqını bilməlisən ki, o, sənin kökün və əslindir. Sən onun budağısan. Biləsən ki, əgər o, olmasaydı, sən olmazdın. Ona görə də nə zaman özündə xoşuna gələn şey görsən – bil ki, atandandır”.

Ananın haqqı barədə mübarək dinimizin son dərəcə birmənalı göstərişi vardır. Həzrət Fatimeyi-Zəhradan (s) nəql edirlər: "Ananın xidmətində durunuz, çünki, behişt anaların ayaqlarının altındadır".

Əgər insan bilmədən ağvalideyn olarsa təkəbbürü kənara qoyub, təvazökarcasına onların qəlbini ala bilər. Həzrət Peyğəmbər (s) buyurur: “Təvazökarlıq odur ki, onların qarşısında ədəbsiz əyləşməyəsən, ədəbli olasan. Səsini ata və ananın səsindən yüksəltməyəsən”.

O kəsin ki, valideynləri vəfat edib və dünyasını dəyişiblər və övladı da onlara qarşı ağ olubsa, nə etməlidir?

Gördüyü hər bir müstəhəb işin savabında valideynlərini şərik edə bilər. Yaxşı olar ki, hər cümə günü gün çıxmamış qəbirləri üstünə getsin və onlardan bağışlanma istəsin. Gün ərzində 110 dəfə onlar üçün istiğfar etsin. Ata və anasını yadından çıxartmasın.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930