Möhsin Qiraəti: “Əzadarlığı Qurandan üstün tutmamalıyıq”
Mьəllif: admin1
Tarix: 26-02-2019, 16:22
Möhsin Qiraəti: “Əzadarlığı Qurandan üstün tutmamalıyıq”
Ayətullah Qiraəti öz dərslərindən birində maraqlı mətləblərə işarə edib: “Mübarək Ramazan ayında ayı görmək önəmli məsələdir, lakin, ondan sonrakı məsələlərə də diqqət etməliyik. Bu da Quran məsələsidir. Əllamə Təbətəbainin fikrinə görə, bu ayın əzəməti oruca görə yox, məhz Qurana görədir. Çünki, bu ayın duasında da “O ay ki, onda Quranı nazil etmisən” deyirik. Peyğəmbər (s) Quran və Əhli-beytin ayrılmamasını vəsiyyət etdi, lakin, biz bəzən bunun əksini görürük".

Ayətullah Qiraəti Quran məclislərinin sayının artırılmasını önə çəkərək deyib: "Çox sayda Əhli-beytə əza məclisi təşkil olunsa da, Quranla bağlı bu qədər görmək olmur. İmamın başı nizədə Quran oxudu. Odur ki, Əzadarlığı Quran və təfsirinə üstün tutmamalıyıq. Bəşərin hər bir ehtiyacı bu kitabda vardır. Araşdırmalara görə hüquq barəsində 2700, idarəçilik haqda isə 300 ayə Quranda tanınıb. Müstəhəb işləri vacibə çevirməyin”.
(İslamazeri.com)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930