Bu müqəddəs adın 1 hərfi gizli qalmışdır
Mьəllif: admin1
Tarix: 23-02-2019, 19:46
Bu müqəddəs adın 1 hərfi gizli qalmışdır
Allahın adları elə sözlərdir ki, Allahın hansısa zati sifətinə işarə edir. Misal üçün, Şafi adı Onun şəfa verən olmasına işarə edir. Allahın adları – bizimlə Allah arasında vasitədirlər.

Misal üçün, əgər Allahdan bağışlanma istəyiriksə, Allahı Ğəfur və ya Təvvab adı ilə çağırırıq. Əgər ruzi istəyiriksə, Rəzzaq adı ilə çağırırıq.

Bununla yanaşı, Allahın əzəmətli adı vardır ki, hədislərimizin buyurduğuna görə, hər kim Allahı o adı ilə çağırarsa, duası yerinə yetər. Hədislərimiz buyurur ki, bu adın özü bir sirdir və hər kim onu bilər – bütün çətinliklərin qapısı üzünə açılmış olar.

İmam Sadiq (ə) buyurur: “İsa ibni Məryəmə (ə) onun iki hərfi əta olmuşdur. Musaya (ə) – dörd hərfi, İbrahimə (ə) – səkkiz hərfi, Nuha (ə) – 15 hərfi, Adəmə (ə) – 25 hərfi, Muhəmmədə (s) – 72 hərfi. O hərfin (yalnız) biri Həzrətdən (s) gizli idi”.

Başqa hədis buyurur ki, Allahın əzəmətli adı 73 hərfdən ibarətdir və Asəf onun ancaq birini bildiyi halda, Bilqeysin taxtını bir göz qırpımında sarayından götürüb, Süleymanın sarayına gətirir.

İslam ürfanı isə buyurur ki, Allahın adları – əslində xilqət aləminə nəzər salmaq üçündür. Bu aləmin hər zərrəsi – Onun sifət və adlarının təcəllisidir. Eləcə də əzəmətli adının təcəllisidir.

Allahın əzəmətli adı – bütün sifətlərinin cəmi deməkdir. İnsan kamil olmayınca, Allahın əzəmətli adını dərk edə bilməz . Gərək Həzrət Peyğəmbər (ə) kimi kamil həddə çatsın ki, Allahın əzəmətli adını dərk edə bilsin.

Hər bir halda, həm ariflər və həm də din alimləri Allahın əzəmətli adının mövcud olması həqiqətini inkar etmirlər. Bu, elə addır ki, Allah onu ancaq seçilmiş bəndələrinə öyrədər və onlar, bunun vasitəsilə fövqəladə işlər yerinə yetirərlər.




/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031