İsmi-əzəmə – Allahın əzəmətli adına işarə edən Quran ayələri
Mьəllif: admin1
Tarix: 14-02-2023, 10:21
İsmi-əzəmə – Allahın əzəmətli adına işarə edən Quran ayələri
Allahın əzəmətli adı – o addır ki, onun haqqındakı elm ancaq Məsumlara (ə) məxsusdur. Təkcə Məsumlar (ə) Allahın əzəmətli adını kamil şəkildə bilirlər.

Belə ki, hər kim bu əzəmətli adı bilər, Allahın izni ilə dua və hacətləri yerinə yetər və fövqəladə işlər görməyə qadir olar.

Din alimlərinin bu adla bağlı iki nəzəri vardır. Bir dəstə alimlər buyurur ki, Allahın əzəmətli adı “Allah” sözü ilə başlayıb, “huvə” sözü ilə bitir.

Ancaq başqa nəzərdə olan alimlər buyurur ki, Allahın əzəmətli adı söz şəklində ola bilməz. Bəlkə söz olmaqdan daha üstün həqiqətə malikdir.

İnsan özünü tərbiyə edərək, ibadət və İlahi tövfiq sayəsində onu öyrənə bilər.

Birinci dəstə alimlərin nəzərinə görə, Quranın beş ayəsi Allahın əzəmətli adına işarə edən ayələrdir. Onlarla tanış olaq:

1. “Ayətül-kürsü”nün ayələri:

اَللَّهُ لا اِلهَ إلاَّ هُوَ الْحَیُّ القَیُّومُ

2. “Ali-İmran” surəsinin 2-3-cü ayələri.

اَللَّهُ لا اِلهَ إلاَّ هُوَ الحَیُّ القَیُّومُ نَزَّلَ عَلَیْکَ
الْکِتَابَ بِالْحَقِّ، مُصَدِّقاً لِما بَیْنَ یَدَیْهِ، واَنْزَلَ
التَّوْریهَ وَالْإِنْجیلَ مِنْ قَبْلُ هُدیً لِلنَّاسِ، وَاَنْزَلَ
الْفُرْقانَ

3. “Nisa” surəsinin 87-ci ayəsi:

اللَّهُ لا اِلهَ إلاَّ هُوَ لَیَجْمَعَنَّکُمْ اِلی یَوْمِ الْقِیمَهِ
لارَیْبَ فیهِ، وَمَنْ اَصْدَقُ مِنَ اللَّهِ حَدیثاً

4. “Taha” surəsinin 8-ci ayəsi:

اَللَّهُ لا اِلهَ إلاَّ هُوَ، لَهُ الْأَسْمآءُالْحُسْنی

5. “Təğabun” surəsinin 13-cü ayəsi:

اَللَّهُ لا اِلهَ إلاَّ هُوَ، وَعَلَی اللَّهِ فَلْیَتَوَکَّلِ الْمُؤْمِنُونَ

İmam Baqir (ə) buyurur: “Allahın əzəmətli adı 73 hərfdən ibarətdir. Asəfin yanında onların biri var idi.

O, həmin hərflə danışdı və nəticədə yer onunla Bilqeysin taxtı arasında açıldı və taxtı öz əli ilə götürdü.

Sonra yer bir göz qırpımından az vaxtda əvvəlki halına qayıtdı.

Bizim yanımızda isə əzəmətli adın 72 hərfi vardır. Bir hərf Allah Təalanın yanındadır ki, qeyb elmində onu özünə aid etmişdir”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031