Niyə mərhum üçün Fatihə surəsini oxuyuruq?
Mьəllif: admin1
Tarix: 16-10-2019, 12:58
Niyə mərhum üçün Fatihə surəsini oxuyuruq?
Hədislərə əsasən Fatihə Qurani-Kərimin qəlbidir. Hicr surəsinin 87-ci ayəsində Fatihə surəsi Quranla eyni məqamda göstərilir. Burada belə buyurulur:

“(Ya Rəsulum!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzəmətli Quranı verdik.”

Fatihə surəsi mərhəmət, məğfirət surəsidir. Bu surə Allahın mərhəmətini tərənnüm etdirir.

Muntəxəb ət-Təvarix (səh-795) və Şərh Şafiyə Əbi-Faris əsərində bu surəsinin fəziləti haqda belə bir hədis nəql olunub:

"Rum Qeysəri bir dəfə Abbasi xəlifəsinə məktub yazaraq deyir:

Biz İncildə görmüşük ki, hər kim səmimi qəlbdən bu 7 hərfə malik olmayan surəni oxusa Allah onun cəsədini cəhənnəm atəşində yandırmaz.

O yeddi hərflər bunlardır: “Sa”, “Cim”, “Xa”, “Za”, “Şin”, “Zua”, “Fa”. Biz hər nə qədər araşdırdıq belə bir surəni Tövratda, İncil və Zəburda görmədik. Belə bir surə sizin asimani kitabınızda varmı?

Abbasi xəlifəsi alimləri topladı, amma onlar cavab verməkdən aciz qaldılar. Sonda bu sual İmam Hadiyə (ə) verildi.

O həzrət buyurdu: Bu Həmd (Fatihə) surəsidir. Deyilən 7 hərf onda yoxdur.

Bu hərflər niyə bu surədə yoxdur soruşdular. İmam buyurdu:

“Sa” hərfi Səbur-a (Həlak olmaq) işarədir.

“Cim” hərfi Cəhim-ə (Cəhənnəmin bir dibi) işarədir.

“Xa” hərfi xəbis-ə işarədir.

“Za” hərfi zəqqum-a (Cəhənnəmdə acılı və tikanlı bir qida) işarədir.

“Şin” hərfi şəqavət-ə (bədbəxtlik) işarədir.

“Zua” hərfi zülmət-ə işarədir.

“Fa” hərfi Afət-ə (bəla) işarədir.

Abbasi xəlifəsi bu cavabı Rum qeysərinə göndərdi və o qane oldu."



/İslaminSesi.info/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031