Teyyul-ərz nə deməkdir? Necə baş verir?
Mьəllif: admin1
Tarix: 24-01-2022, 10:25
Teyyul-ərz nə deməkdir? Necə baş verir?
Teyyul-ərz qeyri-adi bir əməldir ki, onun sayəsində insan istədiyi məkandan başqa bir məkana qısa bir zaman ərzində seyr edə bilir. Əgər Məsumların (ə) həyatına nəzər salsaq, buna çox sayda nümunə gətirə bilərik.

Teyyul-ərzlə bağlı alimlər müxtəlif nəzərlər təqdim ediblər. Bu nəzərlərdən biri Məhyəddin ibni Ərəbi tərəfindən verilmişdir.

Bu nəzərə görə, insan özünü olmadığı məkandan nəzərdə tutduğu və istədiyi məkana apara bilir. Başqa nəzərə görə bədənin sürətli yerdəyişməsidir ki, insanın qüdrətli ruhundan hasil olar.

Bu iki nəzəriyyə görə hər bir insan teyyul-ərzə malik ola bilməz. Bu iş ancaq İlahi övliyalar üçün mümkünlüdür.

Quranda teyyul-ərzə bariz nümunə Asəf ibni Bərxiyadır. “Kitabdan (Lövhi-Məhfuzdan, ya səmavi kitablardan) bir qədər elmi olan birisi dedi: «Mən onu sən göz qırpmadan öncə və ya sənin bir şeyə baxışın həmin şeyin surətini beyinə ötürməmişdən öncə, sənin yanına gətirərəm». Beləliklə, elə ki, onu öz yanında hazır durmuş gördü”. (“Nəml” 40).

İbni Ərəbi bu hadisəni belə izah edir: “Asəf ibni Bərxiya Allahın qüdrəti ilə Səba mələikəsinin taxtını zaman və maddi məkanın dəxaləti olmadan Süleymanın (ə) yanına gətirə bilmişdi. Çünki əgər hərəkət və zamanla bağlı olsaydı, bu qədər qısa zamanda o qədər məsafəni qət etməsi mümkünsüz olardı.

Ona görə də deyə bilərik ki, Allahın bu hökmünə əsasən ki, buyurur: “Məgər Biz (varlıq aləminin) ilk yaradılış(ın)da aciz qalmışıq (ki, onların yenidən qaytarılmalarında da aciz qalaq)?!”. (“Qaf” 15). Bilqeysin taxtını gətirə bilmişdi”.

Əllamə Təbatəbai buyurur: “Teyyul-ərzin həqiqəti torpağın yol gedənin ayaqları altında bükülməsidir”.

Əgər hədislərə nəzər salsaq görürük ki, Asəf barəsində Məsum İmamlarımız (ə) belə buyurmuşdur: “Asəf ibni Bərxiya Allahın əzim adının bir hərfini bilirdi. Onu oxuyan zaman yer yarılmışdı və o da Səbadan Bilqeysin taxtını götürüb, Süleymanın (ə) yanında hazır olmuşdu. Sonra torpaq bir göz qırpımında əvvəlki halına qayıtmışdı.

Bu əzim ad 73 hərfdən ibarətdir ki, onun 72-si Məsum İmamların (ə) yanında mövcuddur. Onun bir hərfi isə Allahın yanında qalmaqdadır ki, heç kəs ondan agah deyildir”.

Beləliklə deyə bilərik ki, teyyul-ərz qeyri-adi bir əməldir ki, İlahi övliyalara və peyğəmbərlərə (ə) aid edilir. Ancaq onlar Allahın izni ilə bu əməli yerinə yetirə bilirlər. Zaman və məkanın təsiri olmadan istədikləri məkana seyr edə bilirlər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031