Laqeydlik – dinsizliyin əlamətidir
Mьəllif: admin1
Tarix: 23-01-2019, 21:24
Laqeydlik – dinsizliyin əlamətidir
Din, insanları səadətə çatdırmaq üçün nazil olmuşdur. Bütün peyğəmbərlərin (ə) və vəsilərin (ə) vəzifəsi bu idi ki, insanları məkarim əxlaqa və saleh əməllərə təşviq etsinlər.

Dindən uzaq olmaq ziyana və əzaba düşmək deməkdir. Əgər Məsumların (ə) kəlamlarına nəzər salsaq, görərik ki, laqeydlik və etinasızlıq – dinsizliyin əlaməti kimi tanıdılmışdır. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, səhəri açar və müsəlmanların işləri ilə məşğul olmazsa – müsəlman deyildir”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “O kəs ki, səhəri açar o halda ki, müsəlmanların işlərinə diqqət etməz – İslamdan heç bir bəhrə aparmamış deməkdir. O şəxs ki, insanların fəryad və yardım istəməsinin şahidi olar və onlara cavab verməzsə - müsəlman deyildir”.

Gördüyümüz kimi, Həzrət Rəsulallah (s) bu iki hədisdə laqeyd insanı dinsiz adlandırmışdır. Ola bilər ki, insan namaz, oruc, zəkat əhli olsun, ancaq başqa müsəlmanlara yardım etməkdən çəkinərsə, Həzrət Peyğəmbər (s) həmin şəxsi dinsiz adlandırmışdır.

Bir gün dərviş xan evini tərk edir və mədrəsəyə gəlir. Sədi onun mədrəsəyə nə üçün gəldiyini soruşur. Dərviş cavab verir: “Xan evindəki laqeydlikdən yorulmuşam”.

O kəs ki, insanların dərdinə əlac olar, o, həqiqi insandır. Ancaq o kəs ki, başqalarının ağrısını görməz və onlara qarşı laqeyd olarsa – dinsiz və İlahi rəhmətdən məhrum olar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031