Müsəlman olmaq təkcə namaz və orucla ölçülmür
Mьəllif: admin1
Tarix: 7-12-2018, 17:11
Müsəlman olmaq təkcə namaz və orucla ölçülmür
Hər bir şeyin əlamət və nişanəsi olar. Müsəlman və mömin insanın da nişanəsi və əlaməti vardır. Lakin maraqlısı budur ki, həqiqi müsəlmanın nişanəsi namazın və orucun çoxluğu ilə deyildir. Əziz Peyğəmbərimiz (s) həqiqi mömini tanımağın iki nişanəsini bizlərə tanıtmışdır ki, ona işarə edəcəyik.

Həzrət Peyğəmbər (s) buyurur: “Bəzilərinin ancaq namazının və orucunun, həccin və başqalarına yaxşılığının və gecə oyaq qalmağın çoxluğuna nəzər salmayın. Bəlkə onların düz danışmağına və əmanətdarlığına nəzər salın”.

Bu hədisdən belə nəticəyə gəlmək olar ki, həqiqi möminin iki nişanəsi vardır ki, biri - düz danışmaq və sadiq olmaqdır. O birisi isə əmanətdar və əmin olmaqdır.

Namaz, oruc, həcc və sair ibadətlər mühümdür, vacibdir və insanı tərbiyə edər. Lakin onlar İslamın tək nişanəsi deyildir. İbadətlə yanaşı, müsəlman gərək sadiq və əmin də olsun.

Bəzən insan başqalarının tənəsinə tuş gəlməmək və ya dünya mənfəəəti üçün namazı və orucu tərk etməz. Ona görə də namaz və oruc Allah qorxusu üçün kamil meyar deyildir.

Ancaq düz danışmaq və əmanətdarlıq maddi ziyan qorxusu olduğu üçün, ədalət və təqvaya səbəb olar. Bu iki sifət insanı kamala çatdıra bilər. Çünki insan əgər düz danışarsa nifaqdan, riyadan və böhtandan uzaq olar. İmam Sadiq (ə) buyurur: “O kəsin ki, dili düz olar, rəftarı pakdır”.

Düz danışmaq.

Düz danışmağı insan fitri olaraq sevir. İmam Əli (ə) xütbəsində buyurur: “Ey insanlar! Nəzarət edin ki, düz danışasınız. Çünki Allah düz danışanların yavəridir.

Yalandan uzaq olun, çünki yalan imanı biçər. Agah olun ki, düz danışan şərafətin kənarında olar, yalançı isə həlakətin kənarında olar”.

“Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin məsum Əhli-beytidir)”. (“Tövbə” 119).

Düz danışmağın üç növü vardır: danışıqda, rəftarda və niyyətdə. İnsan əgər haqqı və həqiqəti deyərsə, danışığı düz olar. Əgər insanın dedikləri ilə əməli və rəftarı bir-birinə uyğun gələrsə və düz yolda olarsa, bu, rəftarda olan düzgünlükdür. “Etməyəcəyiniz bir şeyi deməyiniz Allahın yanında çox mənfurdur”. (“Səff” 3). İnsan bir işi görməzdən əvvəl niyyət edər və sonra həmin işi görər. Əgər insanın niyyəti düz və xalis olarsa, niyyəti düzgün olan deməkdir. Axirətdə hər kəsin siması bu dünyadakı niyyətinə görə aşkar olar. İmam Sadiq (ə) buyurur: “Allah Qiyamət günü insanları niyyətlərinə bərabər halda məhşur edər”.

Əmanətdarlıq. İslam dininin nəzirinə görə Allah Təalanın insana verdiyi hər nemət, ona tapşırılan hər bir iş, onun öhdəsinə qoyulan hər bir məsuliyyət əslində ixtiyarına qoyulan əmanətlərdir. Ona görə də əmanətlər ibarətdir:

Siyasi əmanət. İslam dininin nəzərinə görə hər kim siyasi qüdrətə malikdirsə, Allah Təalanın və insanların əmanətdarıdır.

Mədəniyyət əmanəti. Alimlərin və mədəniyyət işçilərinin əmanət yükü də ağır yükdür. Elm, mərifət, baxış, agahlıq - Allahın əmanətidir.

İqtisadi əmanət. Müsəlman insan başqalarının haqqına təcavüz etməməlidir və əlində olan sərvət - Allahın ona verdiyi əmanətdir. Ona görə də onu harada gəldi xərcləyə bilməz.

Əxlaq əmanəti. Sədaqət, iffət, təvazökarlıq, vəfa, insanların yaxşılığına yaxşılıqla cavab vermək, insanların sirrini qorumaq və s. - əmanətin nümunələrindən hesab edilir.

Əməl əmanəti. İslam dinində insana tapşırılan hər bir iş əmanət hesab edilir.

Dini vacibat əmanəti. Allahın insanlar üçün təyin etdiyi hər bir vacibat əslində ən böyük İlahi nemət və əmanətdir ki, insanların öhdəsinə qoyulmuşdur. İnsan bu İlahi əmanətin sayəsində maddi və mənəvi inkişaf edər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930