Laqeyd olmaq – dinsizliyin bir nişanəsidir
Mьəllif: admin1
Tarix: 26-08-2022, 21:08
Laqeyd olmaq – dinsizliyin bir nişanəsidir
Din, Allah tərəfindən təyin edilən qanunlardandır ki, insanın maddi və mənəvi həyatını tənzimləməsi üçün müəyyən edilmişdir. Tarix boyu rəsullar (ə) və nəbilər (ə) onu təbliğ etmək üçün mücadilə və mübarizə aparmışdılar.

İslam dini ən kamil bir dindir. İslam dini haqqında Allah buyurur: “Şübhəsiz (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında həmin İslamdır. (Yəhudi və xaçpərəstlər kimi) (səma) kitab(ı) verilmiş kəslər yalnız, onlara (işin həqiqəti barəsində) elm gəldikdən sonra, (özü də) həsəd və təkəbbür ucbatından (öz dinlərində) ixtilafa düşdülər. Kim Allahın ayələrinə kafir olsa, (bilsin ki,) Allah tez hesab çəkəndir”. (“Ali-İmran” 19).

Bu ayəyə əsasən o kəslər ki, İslamdan üz döndərirlər – əslində Allahdan üz döndərmiş kimi olurlar. Hər kim Allahdan üz döndərər, dünyada zillətə və axirətdə əzaba düçar olar. Ona görə də dinsizlik insanı ancaq zillətə və xusrana salar.

Məsumlarımız (ə) adətən laqeyd insan dedikdə, dinsiz insanları nəzərdə tutmuşdular. Həzrət Peyğəmbərdən (s) gələn dəyərli hədisdə oxuyuruq: “O kəs ki, səhəri edər və müsəlmanların işlərinə diqqət etməz – müsəlman deyildir”.

Həzrət (s) başqa yerdə buyurur: “O kəs ki, səhəri edər və müsəlmanların işlərinə diqqət etməz – İslamdan heç bir bəhrə aparmamışdır. Hər kim insanların fəryad istədiyini eşidər ki, başqa müsəlmanları yardıma çağırar – ona cavab verməzsə, müsəlman deyildir”.

Həzrət (s) bu iki hədisdə laqeyd insanı dinsiz insan kimi tanıtmış və onu müsəlmanlıqdan xaric etmişdir. Ola bilsin ki, həmin şəxs namaz və oruc əhli olsun, ancaq o səbəbdən ki, başqalarına qarşı laqeyd olar, Həzrət (s) onu mahiyyətcə müsəlman hesab etməz.

Ona görə də ətrafımızda olan insanlara qarşı həssas olaq və onların dərdlərinə həmdərd olub, onlara dəstək olaq. Ancaq bu cür həqiqi müsəlman ola bilərik.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930