İnsan Allahı 4 yolla tanıya bilər
Mьəllif: admin1
Tarix: 15-01-2019, 13:50
İnsan Allahı 4 yolla tanıya bilər
İnsan Allahı və bu dünyda olan hər şeyi dörd yolla tanıya bilər. Bu yollardan biri ən məşhur olanıdır ki, bu da ağıldır. İnsan ağlının yardımı ilə bir çox həqiqətləri dərk edə bilər. O şeyi ki, ağıl dərk edir, ona hikmət və fəlsəfə deyirlər.

İkinci yol - hiss yoludur. Yəni, insan beş hiss orqanı vasitəsilə mərifət əldə edə bilər. Bu elmə təcrübə elmi deyirlər.

Üçüncü yol qəlb yolu və ya fitrət yoludur. İnsan nəfsini tərbiyə edərək, batinini paklaşdıraraq bir çox həqiqətləri dərk edə bilər. O şeyi ki, ürək deyər, fitrət onu təsdiq edər. O elm ki, qəlb yolu ilə əldə olunar, ona ürfan elmi deyirlər.

Dördüncü yol vəhy yoludur ki, insan bu elmi qeybdən alar və onun vasitəsilə həqiqətləri dərk edər. İstər bu vəhy Quran olsun, istərsə də sünnət. Hər birinin özünəməxsus xüsusiyyətləri vardır.

Bəs bu yolların içərisində hansı yol daha çox tövsiyə olunur?

Əlbəttə cavabında demək olar ki, dörd yolun dördü də tövsiyə edilir. Ancaq ağıl yolu daha üstündür. Çünki insan hiss yolu ilə bir çox bürhanları isbat edə bilmir və bürhan ağılın işidir. Qəlb elminin də çox qarışıq yolları vardır ki, hər kəs ondan istifadə edə bilməz. Vəhy yolu da əgər ağıl tərəfindən təsdiq edilmirsə, bizə yararlı olmaya bilər. Ona görə də bu dörd yolun içərisində ən çox tövsiyə olunan yol ağıldır.

Allahın varlığını təsdiq edən çox sayda bürhanlar mövcuddur. Bu dünyada elə bir insan yoxdur ki, Allahın varlığına inanmasın. Allahı inkar edənlərin özü də bilir ki, bu dünyada Allah vardır, sadəcə dilləri və ya səmərəsiz səyləri ilə göstərmək istəyirlər ki, buna inanmırlar. Halbuki Allahin varlığı bədihiyyatdır. “Peyğəmbərləri onlara dedilər: «Məgər göyləri və yeri yaradan Allah barəsində şübhə var?!”. (“İbrahim” 10).

Quran da bu həqiqəti təsdiq edir ki, Allah barəsində heç kəsdə şübhə olmamalıdır.

Xülasə deyə bilərik ki, İlahi mərifət əldə etmək baxımından bizim üçün ən yaxşı yol – ağıl yoludur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930