AyətUllah Reyşəhri: "Kor olan kəs yolu necə görə bilər?"
Mьəllif: admin1
Tarix: 22-04-2014, 11:21
Bцlmə: Xəbərlər
İslamazeri.az “İqna”-ya istinadən təfsiri müxtəsər şəkildə təqdim edir.

Ayətullah Reyşəhri “Sirati müstəqim”in bundan öncə şərh etdiyi 4 xüsusiyyətinə yəni, ağıl, elm və haqq prinsipləri ilə uyğun olması, ədalət və tərəqqi məsələsinə toxunaraq 5-ci xüsusiyyəti şərh edib. Bu xüsusiyyət “Sirati müstəqim”in aydınlığıdır ki, bir çox ayələrdə və rəvayətlərdə yer alıb. Bu ayələrə əsasən, din fitridir və insanın qədərində, fitrətində kök salıb. Allah tovhid fitrətini insanda yerləşdirib və dinin dəvət etdiyi elmi, əxlaqi, inanc proqramlarının hamsı insanın fitrəti ilə həmahəngdir. Əgər insanın fitrəti günaha və yanlış işlərə aludə olmasa insan dini qəbul edər və dinə qarşı ruhi meyl göstərər. Buna əsasən peyğəmbərlər gəliblər ki, insanın fitrətini hicablardan azad etsinlər. İnsanlara ilahiyyat öyrətmək üçün deyil, onlara xatırlatmaq üçün gəliblər.

Ayətullah Reyşəhri 4 kateqoriya rəvayətə toxunub. Birincisi Allahın insanlara aydın yol verdiyini göstərən, ikincisi Əhli-Beytin (ə) həyatda aydın yol olduqlarını göstərən, üçüncüsü Quran davamçılarına həyatın aydın yolunu seçməyi və qaranlıq yollardan qaçınmalarını tövsiyə edənlər və dördüncüsü aydın yolu seçməyin faydalarına toxunan rəvayətlərdir. Bəzən yol aydındır, amma insanın bu yolu görməyə gözü yoxdur. Kor olan kəs yolu necə görə bilər? Buna görə, aydın yolu tanımaq üçün bəzi işlər zəruridir. Çünki, yolun aydın olması o demək deyil ki, hər kəs onu tanıya bilər. Yol aydındır və siz gərək aydın yolu görə bilməniz üçün bəzi işləri görəsiniz.

islamazeri.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930